Almaniyada pandemiyanın üçüncü dalğası daha şiddətlidir Angela Merkel
Kansler Angela Merkel, Almaniyada koronavirus infeksiyası olan xəstələrin sayının artmaqda davam etdiyini, pandemiyanın üçüncü dalğasının ən ağır hala gəldiyini söyləyib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Merkel, Hannoverdəki sərgidə, beynəlxalq sənayenin açılışında danışarkən deyib.
"Alman sənayesi, demək olar ki, bölünüb, parçalanıb, xidmət sektoru məhdudiyyətlər səbəbiylə çox əziyyət çəkir. İqtisadi inkişaf daha çox pandemiyanın yayılmasını nəzarət altına alacağımıza bağlıdır. Əlbəttə, indi infeksiya səviyyəsi çox yüksəkdir, xəstəxanalardakı reanimasiya şöbələrindəki tutulan yerlərin sayı artmaqdadır və bu üçüncü dalğanın bizim üçün ən sərt hala gəldiyini söyləməliyik", deyə Merkel bildirib.
O, peyvənd olunmanın pandemiya ilə mübarizədə "əsas silah" olaraq qaldığını və testlərin normallaşma yolunda "körpülər yaratmağımıza kömək etdiyini" əlavə edib.
Xatırladaq ki, Almaniyada Səhiyyə Nazirliyinə daxil olan və COVID-19-un görülmə statistikasını aparan Robert Kox İnstitutu, Almaniyada koronavirus infeksiyası hallarının sayının sutkada 13 245 nəfərə qədər artaraq üç milyonu keçdiyini, 99 nəfərin öldüyünü bildirir. İndi ölkə koronavirusun üçüncü dalğasından danışılır və karantin tədbirləri 18 aprelə qədər uzadılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB