“Bayden Putinlə bağlı fikirlərində "siyasi praqmatizm"i rəhbər tutub” Washington Post
ABŞ dövlət katibi Enthoni Blinken, jurnalistin Rusiya lideri Vladimir Putini "qatil" hesab edib-etməyəcəyi barədə təxribatlı sualına müsbət cavab verən ABŞ Prezidenti Co Baydenin açıqlamasına münasibət bildirib. SİA xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Baydenin Putinə necə "qatil" deyə biləcəyini və eyni zamanda iş birliyinə can ata biləcəyini soruşduqda Blinken ABŞ prezidentinin "siyasi praqmatizm" məsələsini rəhbər tutduğunu söyləyib.
“Prezident açıq şəkildə iki şeyi görür. Rusiya həyata keçirəcəyi hər hansı bir düşmən hərəkətə görə məsuliyyətə cəlb etməlidir və eyni zamanda qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq açıq qalmalıdır”, deyə nəşr Blinkendən sitat gətirir.
Xatırladaq ki, bir qədər əvvəl Putin də, jurnalistin Rusiya liderini "qatil" hesab edib-etmədiyi barədə təxribatlı sualına müsbət cavab verən Baydenin açıqlamasına münasibət bildirib. Ümumiyyətlə, ABŞ və Rusiya münasibətlərində son zamanlar gərginlik müşahidə olunur. Bu gərginliyin fonunda isə hər ki dövlət başçılarına təxribatlı suallar ünvanlanır və onların cavabları da dünya ictimaiyyətinin diqqət mərkəzindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB