Baş nazir Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb

Baş nazir Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb
Aprelin 1-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Dünya Bankının regional direktoru Sebastian Molineus ilə görüşüb. Nazirlər Kabinetinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli və məhsuldar əməkdaşlığın uğurla davam etdirilməsindən məmnunluq ifadə olunub, əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə