"Onların arasında parçalanma prosesləri gedir” EKSPERT AÇIQLADI

"Onların arasında parçalanma prosesləri gedir” EKSPERT AÇIQLADI

“Rusiyada fəaliyyət göstərən erməni diapor təşkilatları və Qərbi Avropa, Amerikada fəaliyyət göstərən diaspor təşkilatlarının maraq dairələrinin və fəaliyyətlərinin parçalanması prosesi baş verir”. Bunu SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.

Onun sözlərinə görə, erməni diaspor təşkilatları üçün Qarabağ məsələsi bir maliyyə layihəsi idi: “Hansı ki, 100 milyonların dövr etdiyi böyük maliyyə maxinasiyasından söhbət gedir. Qərbi Avropa diaspor təşkilatlarının əlindən həmin maliyyə çıxıb. Bu gün erməni separatçı Arayik Arutunyanın bəzi şouları var, hansı ki, o göstərir ki, Qərbi Avropa erməni diapor təşkilatlarını şantaj etməklə həmin o davam edən maliyyə axınının davamlılığını təmin edir. Bu məsələdə toqquşma nöqtələri var və artıq onlar gözəl bilirlər ki, onların fəaliyyət dairələri və biznes maraqları Ermənistanın sərhədlərindən kənar çıxa bilmiyəcək. 44 günlük Vətən müharibəsindən sonra ermənilər hələ də ciddi sarsıntı keçirdirlər. Ona görə də onların arasında parçalanma prosesləri gedir”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə