“Prezident çıxışları ilə auditoriyanın diqqətini ölkəmizə cəlb edir" DEPUTAT RƏY VERDİ

“Prezident çıxışları ilə auditoriyanın diqqətini ölkəmizə cəlb edir" DEPUTAT RƏY VERDİ

“Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda etdiyi çıxışları ilə auditoriyanın diqqətini ölkəmizə cəlb edir. Təbii ki, Prezidentimiz etdiyi hər bir çıxışında Azərbaycanın milli maraqlarını prinsipiallıqla ifadə və müdafiə edir. Əgər 44 günlük Vətən müharibəmizə qədər olan dövrdə cənab Prezident münaqişənin sülh danışıqlar yolu ilə həll olunmasına, BMT TŞ-nın qətnamələrini beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinə mandat verilmiş təşkilatın ədalətli mövqe sərgilnməsinin tələb edilməsinə yönəldilmişdisə, TDƏŞ-nın Zirvə Görüşündə etdiyi çıxışı isə post-müharibə dövründə yaranmış yeni reallığa uyğun edildi. Yeni reallıq işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və bərpası, qonşu dövlətlə kommunukasiyaların açılması və Zəngəzur dəhlizin istifadəyə verilməsi və bölgədə davamlı sülhün təmin edilməsidir". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, Prezidentimizin sədrliyi ilə keçirilən Zirvə Görüşünün gündəliyin zənginliyi və perspektivləri cəhətdən böyük əhəmiyyəti vardır: "Bu əhəmiyyət türkdilli dövlətlər arasında iqtisadi və humanitar əməkdaşlığının genişlənməsinə xidmət edir. 2020-ci il qlobal pandemiya ilə əlaqədar ölkələr arasında canlı təmasların məhdudlaşmasına baxmayaraq Azərbaycanın sədrliyi ilə türk dövlətləri arasında əlaqələr möhləmlənib, ölkəmizin üzərindən daşınan qeyri-neft yüklərin avtomobillə daşınmalarında 52% artım əldə olunub. Aprel ayında Bakıda türkdilli ölkələrin nazirlərinin iştirakı ilə görüş və Biznes Forumun keçirilməsi, həm də gələcəkdə Zəngəzur dəhlizinin açılması təşkilata üzv ölkələri arasında iqtisadi və humanitar sahələrin inkişafında yeni üfüqlər açacaqdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə