“Bütövlükdə bunlar dünyaya bir ismarıcdır” ÖZƏL-ŞƏRH

“Bütövlükdə bunlar dünyaya bir ismarıcdır” ÖZƏL-ŞƏRH

Azərbaycan hər şeydən öncə bütün dünyaya göstərdi ki, hərbi gücü, xalqın dəstəyi var və gərək olduğu zaman güc yolu ilə problemi həll edə bilər, həll etdi də. Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçinin sözlərinə görə, buna baxmayaraq Azərbaycan dövləti, Cənab Prezident İlham Əliyevin şəxsində bütün dünyaya təkrar-təkrar göstərir ki, bizim gücümüzün olmasına baxmayaraq, qalib gəlməyimizə baxmayaraq, ermənilərin aqressiyasının davam etməsinə baxmayaraq, yenə də dinc yollarla onlarla birgəyaşayışı təmin etməyə hazırıq və buna iradəmiz var.

“Cənab Prezidentin bölgəyə tez-tez səfər etməsi, oradan ermənilərə bir növ çağırışlar etməsi, dünyaya göstərməsi məhz bundan qaynaqlanır ki, ölkə başçımız bununla göstərmək istəyir ki, bütün olmuşları, keçmişləri bir kənara buraxıb, istər Dağlıq Qarabağdakı Azərbaycan vətəndaşı olan ermənilər olsun, istərdə də Ermənistan Respublikasının əhalisi olsun, erməni xalqı ilə dinc və yanaşı yaşamaqda heç bir problemimiz yoxdur. Amma təəssüflər olsun ki, Ermənistanı idarə edənlər hələ də məsələnin ciddiliyini başa düşmürlər. Yaxud da başa düşürlər, özlərini başa düşməz kimi göstərirlər. Yəni, bütövlükdə bunlar dünyaya bir ismarıcdır əslində. Bizi hər zaman, hər şeydə ittiham etməyə öyrəşmiş olan mərkəzlərə, qurumlara, şəxslərə ismarıcdır. Azərbaycan dövləti təkrar-təkrar göstərir ki, hərbi gücümüz, iqtisadi gücümüz, insan resurslarımız yetərincədir, lakin buna baxmayaraq biz üstün tərəf olduğumuz halda ermənilərlə dinc, yanaşı yaşamaq üçün iradə sahibiyik. Ona görə də mən düşünürəm ki, Ermənistan çox tez bir zamanda, mümkün qədər tez bir zamanda bu gerçəyi anlamalı, azərbaycanla həll edilməli məsələləri çox qısa müddətə həll etməli, özəlliklə də kamunikasiya xətlərinin açılması üçün təşəbbüsləri sürətləndirməli və hər iki ölkənin xalqlarının normal, dinc, yanaşı yaşamasına tövhə verməyi bacarmalıdır. Bunun üçün isə siyasi müdriklik lazımdır, liderlik qabiliyyətləri lazımdır, hansıki, indi Azərbaycan dövlətinə rəhbərlik edən şəxsdə bunlar var, amma təəsüflər olsun ki, Ermənistana başçılıq edən şəxslər hələlik təcrübədə geridə qalırlar. Ona görə də proses bir qədər uzanır. Amma bizim səbrimiz, təmkinimiz var. Gücümüzlə bərabər dözüb təmkin göstərməyi də bacarırıq və əlbəttə ki, bəlli bir müddət sonra problemi kökündən həll edəcəyik”, deyə Azər Həsrət bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə