Bu yol tarixin zibilliyidir...
“Haqsız oturub, haqdan danışmaq” buna deyirlər. Bu gün belə nankorlar, satqınlar, cinayətkarlar çoxdur. Necə deyərlər, ağzını açanda bilirsən ki, səviyyəsi nə dərəcədir. Ən təəccüb doğuran isə, yerindən duran, Avropanın küçələrində sülənənlər özlərini ya “hüquq müdafiəçisi”, ya da “demokrat journalist” adlandırırlar və gecə-gündüz sosial şəbəkələrdən düşmürlər. Səbəb də bəllidir. Belə olmasaydı, ölkəmizdə hansı uğurlu nailiyyətlər eşidirlər, xüsusilə də dövlət başçımızın xalqı tərəfindən böyük məhəbbətlə əhatə olunduğunu, həmçinin dünya dövlətlərinin Prezident İlham Əliyevin diplomatik xarici siyasətinə həsəd apardığını eşitdikcə sağalmaz virusa tutulan «beşinci kalon»un erməniyə nökərçilik edən dələduz və satqınlar - Əli Kərimli, Sevinc Osmanqızı, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Vidadi İskəndərli, Arif Məmmədov, Qurban Məmmədov... kimi parazitlər qaşınmağa düşürlər. Bu kəslər o kəslərdir ki, Azərbaycanın çörəyini yeyib, suyunu içərək böyüyən, ərsəyə gələn, adam içinə girib özünü “adam” sanmağa başlayan, sonradan isə bütün bunları unudaraq, yediyi çörək və içdiyi su qabına qudurğancasına şıllaq atıb aşıran nankorlar, satqınlar o qədərdir ki! Onların adları çəkiləndə, lənət və nifrinlərdən başqa heç nə eşitmək olmur. Adlarını bilmirsən nə qoyasan: insan, yoxsa iblis? Ancaq AXCP sədri Ə. Kərimlinin xəyanət xronologiyasına nəzər salmaq kifayətdir ki...
Bu, o Əli Kərimlidir ki, Azərbaycanda “Demokratiyanın İnkişafı Fondu”dan aldığı pulları mənimsəyərək başqalarına böhtan atmaqla məşğul olan, «erməni lobbisinin fəxri üzvü, dayısı» adını daşımaqdan utanmayan bu Qərbə satılan «siyasətçi» həmişə şəxsi maraqlarına görə dövlətçiliyimizə xələl gətirib. Ermənilərdən başqa dünyada məşhur olan terrorçu qrup və islami təşkilatlarla da əlaqə yaradaraq Azərbaycana qarşı böhtan kampaniyasında fərqləndiyi üçün “xidmətləri” də əvəzsiz qalmır.
1995-ci ildə AXC-nin mirasına sahib olmaq, partiyaya çevirərək mandat qazanmaq üçün həyata keçirdiyi məkrli planlar nəticəsində Xalq Cəbhəsi dörd yerə bölündü. Cəbhənin möhürünə sahib olmaq üçün ətrafındakılara qarşı təxribatlar törədərək “Cəbhənin gələcəyi Ə. Kərimli ilə bağlıdır” təbliğatına start verdirdi. Xarici havadarlarından aldığı maliyyə dəstəyi ilə sələfi Elçibəyə qarşı təxribat kampaniyası aparan Ə.Kərimlinin yaratdığı AXCP daxilindəki “Yurd” fraksiyası isə tam səlahiyyətlərə nail olmaq üçün bir gediş idi. İlk növbədə, onun riyakar planlarından xəbər tutanları istefaya məcbur edib Cəbhədən uzaqlaşdırmaqla özü üçün rahat mühit yaradan islahatçı sədr digər qurum olan konservativ KXCP-ni tamamilə kənarlaşdıraraq demək olar ki, Xalq Cəbhəsini “özəlləşdirdi”.
Elşən Musayev: “Əli Kərimli Qərb üçün alqı-satqı obyekti olub”
Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirib ki, Ə.Kərimli fəaliyyəti boyu həmişə Qərb üçün alqı-satqı obyekti olub. Onun sözlərinə görə, Əli Kərimli bütün siyasi fəaliyyəti boyunca ancaq satılmaq işinə baxıb: “Əli Kərimli ancaq alqı-satqı cəmiyyəti qurub. Bu şəxsin mahiyyəti və xisləti məhz Qərbə satılmağa köklənib. Ə. Kərimlini Azərbaycan daxilində heç kim saymasa da, o, bir çox beynəlxalq təşkilatların, qurumların əlində həmişə oyuncaq olub. Həmişə Azərbaycan dövlətinə qarşı çıxıb. Lakin bunu Azərbaycan hakimiyyətinə qarşı çıxmaq kimi ifadə edib. Bu gün hər şey ortalıqdadır”.
Elşən Musayev Gültəkin Hacıbəylinin yazısını oxuduğunu bildirir və burada yazılanları şərh edir: “Orada yazılıb ki, Ə. Kərimlini satın almaq lazımdır. Bu insan «mübarizə aparmaq» ifadəsi yerinə “satın almaq” ifadəsini işlədir. Yəni bu insanlar ancaq bazar jarqonu ilə danışırlar. G. Hacıbəyli alınıb-satılmağı gözəl bilən adamdır. Çünki vaxtilə Azərbaycan iqtidarını bizdən daha yaxşı müdafiə edib. Deməli, o, bunu mandata, mövqeyə və statusa sahib olmaq üçün edib. Heç kim zəmanət vermir ki, bu insanlar bir başqa xırda məsələyə görə dövləti və hakimiyyəti getdikləri yolda satmayacaqlar. Gültəkin Hacıbəyli alqı-satqı məsələləri üzrə mütəxəssisdir. Mən özümə borc bilərək ona və cəmiyyətə bu mesajı vermək istəyirəm ki, Ə. Kərimli heç kimə lazım deyil. Xüsusilə də iqtidara lazım deyil. Bu gün heç o, beynəlxalq təşkilatlara belə lazım deyil. Çünki bu alqı-satqı obyekti olaraq bu insan çox işlədilib. İşlənmiş əşyalara isə nə Azərbaycan siyasəti, nə Azərbaycan hakimiyyəti, nə də beynəlxalq təşkilatlar ehtiyac duymurlar. Milli xəyanətkarların yeri tarixin zibilliyidir və onlar sona qədər həmin zibillikdə qalacaqlar”.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB