Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonov Vaşinqtonla münasibətlərdəki vəziyyət barədə hələ Vladimir Putinə məlumat verməyib. SİA RenTV-yə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu sözləri bazar ertəsi günü jurnalistlərə verdiyi açıqlamasında deyib.
Peskov, Xarici İşlər Nazirliyi və xüsusi şöbələrin davamlı hesabatlar verdiyini də vurğulayıb.
Xatırladaq ki, bir qədər əvvəl Antonov, Moskva ilə Vaşinqtonun mübahisələrə ayırmaq üçün vaxtının olmadığını, yığılmış problemləri ortaq şəkildə həll etməyin daha vacib olduğunu bildirmişdi. Diplomat onu da qeyd etmişdi ki, ABŞ ilə münasibətlərdəki vəziyyət hələ Rusiyanın maraqlarına cavab vermir.
Onu da qeyd edək ki, ABŞ prezidenti Co Bayden, Vladimir Putinə qarşı sərt bir açıqlama verərək, Rusiya liderinə Moskvanın dəfələrlə inkar etdiyi ABŞ seçkilərinə müdaxilə üçün "cavab verəcəyini" vəd edib. Bundan sonra Putin, Baydenə bir onlayn danışıq, rabitə qurmaq təkifi və dəvəti edib, lakin ABŞ rəhbəri təklifi rədd etməyə qərar verib. O, "vaxtı çatanda Putinlə danışacağını" söyləyib.
Bu açıqlamaların fonunda Rusiyanın ABŞ-dakı səfiri iki saatdan çox davam edən məsləhətləşmələr üçün Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb. Məsləhətləşmələr bitdikdən sonra diplomat jurnalistlərlə əlaqə qurmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB