Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişelin şəxsi nümayəndəsi Kristian Danielson növbəti dəfə vasitəçilik məqsədi ilə Gürcüstanda səfərdədir. SİA-nın xəbərinə görə K.Danielson üç gün davam etməsi planlaşdırılan səfəri çərçivəsində hakim "Gürcü Arzusu" partiyası ilə müxalifət arasında Aİ-nin dəstəklədiyi dialoq prosesinə vasitəçilik edəcək. İsveçli diplomatın tərəflərlə müzakirələrə martın 29-da başlayacağı bildirilib.
Qeyd edək ki, K.Danielson martın 19-da hakimiyyətlə müxalifət arasında nəticəsiz başa çatan danışıqlardan sonra Tbilisini tərk edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB