"Bayden "soyqırımı" tanısa təəccüb edərəm" POL QOBL

"Bayden "soyqırımı" tanısa təəccüb edərəm" POL QOBL

24 aprel tarixi yaxınlaşdıqca “dünya erməniçiliyi” yenidən “erməni soyqırımı” qondarma iddiası ətrafında kampaniyalara start verməyə başlayıb. Lakin bu iddialar ümumiyyətlə yararsızdır, çünki belə iddiaların son hədəfi Türkiyədən maddi və ərazi kompensasiyalarının alınmasına yönəlib. Bu isə, əvvəldən də müəyyən olunduğuna görə, sadəcə mümkünsüz bir məsələdir.

Lakin görünür, “soyqırımı” inersiyası ermənilər üçün qonşuları ilə sülh və əminamanlıq şəraitində yaşamalarından, Ermənistanın inkişaf yolunu tutmasından daha vacib imiş...

Amerikal senatorlar məktub vasitəsi ilə Baydenə xatırladırlar ki, o seçki kampaniyasında “erməni soyqırımını” tanıyıb

Erməni lobbisi hazırda da, eləcə də növbəti dəfə ABŞ-ın başda prezident Co Bayden olmaqla yeni administrasiyasına ümidr edir. Belə ki, Ermənistanın “Birinci informasiya” (1in.am) nəşri Yunanıstanın gündəlik “Kathimerini” qəzetinə və qəzetin Ağ evdəki mənbələrinə istinad edərək Co Baydenin “erməni soyqırımını” tanıyacağını yazır.

Məqalədə yazıldığına görə, ABŞ administrasiyası başda prezident Co Bayden olmaqla hesab edir ki, “erməni soyqırımı” məsələsində “tarixi tanımaq mühümdür”. Bununla yanaşı, bir çox amerikalı senatorlar, o cümlədən erməni lobbiçisi Robert Menendez də daxil olmaqla “soyqırımı tanımağa” yönəlmiş və imzalanmış məktub yunan mətbuatında sübut kimi göstərilir.

Yan Bremmer: "O, bunu edəcək ilk ABŞ prezidentlərindən olacaq”

Amerikal senatorlar məktub vasitəsi ilə Baydenə xatırladırlar ki, o daha əvvəl “erməni soyqırımını” tanıyıb, xüsusilə 2020-ci ilin prezident seçkiləri kampaniyasında bu barədə danışıb.

“Eurasia Group”un prezidenti Yan Bremmer isə Ağ ev nümayəndələrinin birinin verdiyi bəyanatına toxunaraq deyib ki, Co Bayden söz adamıdır, yəni deyibsə edəcək və s. “Çox yəqin ki, o bunu edəcək ilk ABŞ prezidentlərindən olacaq”, deyə iddia irəli sürülüb.

Pol Qobl: "Co Bayden “soyqırımı” tanıyarsa, onda Türkyiə ilə problemlər yarana bilər"

SİA rusdilli Caliber agentliyinə istinad edərək xəbər verir ki, agentlik sözügedən mövzu ilə bağlı ABŞ dövlət katibinin keçmiş xüsusi məsləhətçisi, tanınmış amerikalı analitik Pol Qobla müraciət edib. Qobl xatırladıb ki, tarix ABŞ prezidentliyinə namizəd olan bir çoxlarının 1915-ci il hadisələrində “erməni soyqırımını” tanımaq vədləri verdiyinin şahidi olub, ancaq vəzifəyə yiyələndikdən sonra bunu etməyiblər. “Əgər Co Bayden bu məsələdə istisna olunarsa, çox təəccüb edərəm”, deyə amerikalı analitik bildirib.

Lakin bununla yanaşı o qeyd edib ki, “soyqırımı” tanımağa yeganə səbəb Ankaranın NATO-nun Rusiya silahlarının alınmasını məhudlaşdıran qərarna qarşı çıxması ola bilər. Belə ki, Vaşinqton Türkiyəyə qarşı istifadə ediləcək vasitəyə malik olmaq istəyir.

“Əlbəttə, əgər Co Bayden “soyqırımı” tanıyarsa, onda Türkyiə ilə problemlər yarana bilər. Ancaq mən hesab edirəm ki, problemlər Rəcəb Tayyib Ərdoğanın prezidentliyinə qədərki dövrlərdə olduğu kimi elə də ciddi olmayacaq”, Pol Qobl deyib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə