Ermənistan tam təchizatlı Su-30 SM-lərini niyə istifadə etməyib? FOTOFAKT
Google Earth peyk görüntülərində Ermənistanın hərbi hava qüvvələrinə məxsus Su-30 SM çoxfunksiyalı qırıcılarının üzərində “Xibina” radioelektron komplekslərinin, eləcə də “hava-hava” (P-73) qısamənzilli və (P-27) uzaqmənzilli raketlərinin quraşdırıldığı görünür. SİA xəbər verir ki, bunu ermənilərin Armenian Military Portal teleqram kanalı yazır.
Kanal iddia edir ki, Ermənistan Su-30 SM qırıcılarını tam komplektləşdirilmiş vəziyyətdə əldə edib və onlar hərbi əməliyyatlar zamanı istifadə oluna bilərdilər. Adıçəkilən teleqram kanalı Nikol Paşinyan iqtidarını ittiham edir və xəyanətdə suçlayaraq yazır ki, bu qırıcılar istifadə olunsaydı erməni tərəfinin havadan dəstəyi həyata keçirilə bilərdi.
“Xibina”ya gəlincə isə qeyd edilir ki, onun əsas rolu təyyarənin havadan müdafiə raketlərindən, eyni zamanda “hava-hava” sinfini təşkil edən raketlərdən qorumaq məqsədini daşıyır, həmçinin bu radioelektron sistemm aktiv məhvetmə dalğalarından da qorunma funksiyasını həyata keçirir.
Hazırda hakimiyyətə müxalif qüvvələr bu gün də sual edirlər ki, Nikol Paşinyan hansı səbəbə görə Su-30 SM-lərin təchizatsız olduğunu iddia edib və onun fikirlərinə qarşı sübutllar üzə çıxandan sonra, yenə də həmin iddiasında qalmaqda davam etməkdədir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB