Strasburqda türk məscidinin tikilməsinə erməni mer icazə verib FOTO
Fransanın Srtasburq şəhərində türk məscidinin tikintisi ilə bağlı verimiş razılıq ətrafında qalmaqal böyüməkdədir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Strasburq meriyasının Meno kvrartalında böyük məscidin tikintisi üçün “Milli Görüş” islam assosiasiyasına ayırdığı 2,5 milyon avro ölkədəki siyasi-ictimai dairələri hiddətləndirib. Beşinci respublikanın daxili işlər naziri Jerald Dermanen layihəni “fövqəladə iddialı” adlandırıb və eyni zamanda Türkiyənin Fransanın daxili işlərinə qarışdığını bəyan edib.
Maraqlıdır ki, sözügedən layihə ilə bağlı yaranmış səs-küylər nəticəsiz qalır və daha bir epizod xüsusi diqqət çəkməkdədir. Belə ki, türk məscidinin tikintisi üçün ayrılan maliyyə vəsaitinin xərclənməsi qərarına şəhərin erməni meri Janna Barseqyan imza atıb. Onun “Yaşıllar - Avropa Ekologiyası” təşkilatından olan etnik erməni olduğu vurğulanır.
Daha bir maraqlı məqam budur ki, bu məsələ Ermənistanda da təəccüblə qarşılanıb və ermənilər sözün əsl mənasında çaş-baş qalıblar.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB