Fransa prezidenti Emmanuel Makronun Rusiya və Çini dünyada sabitliyi pozmağa çalışmaqda günahlandırdığı açıqlamasına Rusiyalı siyasətçilər reaksiya veriblər. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bir qədər əvvəl Makron, bir mətbuat konfransında, Moskvanın və Pekinin "peyvəndin köməyi ilə" vəziyyəti pozmaq cəhdləri üzündən Avropanın "yeni dünya müharibəsi növü" ilə üzləşdiyini söyləyib.
Onun sözlərinə görə, buna qarşı olmaq üçün Avropanın "suveren olaraq qalması" lazım olduğu tələb olunur.
Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov, Makronun ittihamlarını rədd edib və açıqlamasının iki ölkə arasındakı "mütləq fikir ayrılıqları" müstəvisinə düşdüyünü əlavə etdi.
"Rusiyanın peyvəndləri siyasiləşdirmək istəyi yoxdur və peyvəndi təsir vasitəsi kimi istifadə etmək istəyi olmayıb və bunu etməyəcək", deyə Peskov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB