Paşinyan etirazçılara görə arxa qapıdan qaçdı

Paşinyan etirazçılara görə arxa qapıdan qaçdı

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumət binasına gəldikdən sonra İrəvan sakinləri etiraz üçün binanın qarşısına toplaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Nikol Paşinyanın istefasını tələb edərək hökumətə etirazını bildirən vətəndaşlar qısa müddətdə üçüncü hökumət binasının qarşısındakı mitinqlərini dayandırıblar. Buna səbəb ölkə başçısının binada bir neçə saat qaldıqdan sonra "qara çıxış" adlanan arxa qapıdan qaçması olub.

"Paşinyan onu çöldə gözləyən vətəndaşlarla qarşılaşmamaq, onun istefasının tələb edən kütlənin gözünə uzaqdan da olsa, görünməmək üçün üçüncü hökumət binasını "qara çıxış"ndan tərk etdi”, - deyə xəbərdə bildirilir.

Xatırladaq ki, Ermənistan baş nazirinin hökumət binasına gəlişindən bir neçə dəqiqə əvvəl "Daşnaksütyun" funksionerləri binanın qarşısındakı parkda saxlanılaraq ərazidən uzaqlaşdırılmışdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə