Arayik Arutyunyanın ardıcıl tərəfdarı Əli Kərimliyə xatırlatma SÜBUT
YAP sosial media qrupunun rəhbəri: “Görünür Arayikin əvəzinə "dövlət dili" anlayışını ictimai rəyə sırımaq istəyən Əli Kərimli ermənidən artıq erməni olmaq istəyir”
“Bu barədə 18.02.2021-ci il tarixində yazdığım statusda AXCP sədri, Arayikin ardıcıl tərəfdarı Əli Kərimlinin savadsızlığını, manqurtlar kimi ona verilən tezisləri təkrarlamasını diqqətə çatdırmışdım. Nə sirrdirsə, Əli Kərimli Arayikin ağzından düşənləri dili ilə yığışdırır və ermənilərin marağına xidmət edən ideyaları ictimai rəyə sırımağa çalışır. Hətta, Arayikin "rəsmi dil" təxribatını " dövlət dili" kimi təqdim edib insanları aldadan Əli Kərimli savadsızlıq nümunəsi də təqdim edir”. SİA xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sosial media qrupunun rəhbəri Ramil Vəlibəyov AXCP sədri Əli Kərimlinin erməni maraqlarına xidmət edən cəhdlərinin ifşasına dair statusunda yazıb.
Onun bildirdiyinə görə, elə bu səbəbdən də Əli Kərimli kimi savadsız partiya liderlərinə növbəti dəfə xatırlatma edərək "dövlət dili" və "rəsmi dil" anlayışlarına aydınlıq gətirmək istəyib. “Bəlkə, bundan sonra o, fikir dedikdə, on dəfə düşünər...”, media qrupunun rəhbəri qeyd edib.
SİTAT: “UNESCO ekspertləri 1953-cü ildə "dövlət dili" ilə "rəsmi dil" arasında fərqi belə təklif ediblər:
1. "Dövlət dili" dövlət çərçivəsində siyasi, sosial və mədəni sahədə inteqrasiya rolu oynayır və dövlətin simvolu hesab edilir.
2. "Rəsmi dil" - dövlət idarəçiliyində, qanunvericiliyində, məhkəmə prosesində işlənən işçi dildir. Diqqət etdinizmi? "İŞÇİ DİL".
Görürsünüzmü, "dövlət dili" dövlət ərazisində digər dillərə nəzərən daha üstün statusa malik olan dildir. Bir qayda olaraq "dövlət dili" çoxsaylı etnosun dili kimi qəbul edilir. "İşçi dil", yəni "rəsmi dil" isə etnosların da gündəlik istifadə etdiyi dil statusundadır. "Rəsmi dil" suverenlik, müstəqillik rəmzi deyil, ola da bilməz. Əgər belə olsaydı, o zaman Yeni Zelandiyada maori xalqı "dövlət dili" statusu alsa da, bu günə qədər həmin ərazidə ingilis dili hakim olmazdı”.
“Bir sözlə, Arayik də başa düşür ki, Qarabağın sahibi Azərbaycandır və zaman gələcək Qarabağ erməniləri də Azərbaycan vətəndaşı olacaq”, yazan Ramil Vəlibəyova görə, onlar da "dövlət dili" olaraq Azərbaycan dilini qəbul edəcəklər. Bu səbəbdən də, indiki məqamda sadəcə Rusiyaya yarınmaq üçün rus dilini "işçi dil" kimi qəbul edir: “Bir halda ki, Arayik "dövlət dili" anlayışından imtina edib "işçi dil" statusundan istifadə edirsə, demək ki, reallığı başa düşmüş olub. Amma görünür Arayikin əvəzinə "dövlət dili" anlayışını ictimai rəyə sırımaq istəyən Əli Kərimli ermənidən artıq erməni olmaq istəyir. Əks təqdirdə bu qədər savadsız və məsuliyyətsiz fikirlər səsləndirməzdi...”
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB