“Türkiyə Ermənistanla sərhədə hərbi texnika toplayır” – İran KİV-ləri
İranın bir sıra kütləvi informasiya vasitələri Türkiyənin Ermənistanla sərhəd bölgələrinə hərbi texnika topladığını iddia edir. SİA xəbər verir ki, bu haqda erməni teleqram kanalları da yazırlar. KİV-lər mənbələrin iddialarına görə yazırlar ki, hərbi texnikalar daha əvvəl Suriyada istifadə edilibər, indi isə Ermənistanla sərhəd bölgələrinə keçiriliblər. Məqsəd hərbi təlimlərin keçirilməsidir.
"İran KİV-ləri hesab edirlər ki, hərbi texnikaların yerlərini dəyişdirmələrinin hədəfi Ermənistanın Sünik vilayətidir və İran-Ermənistan sərhədində vacib ölçülər götürülməlidir", deyə məlumatda bildirilir.
Maraqlıdır ki, ermənilər bu kimi "informasiyadan" yararlanaraq və "analizlər" apararaq guya Ankara və Bakının İranla da həmsərhəd olan Sünik vilayətinə hücum etmək planlarının olması barədə dezinformasiyalar yayırlar. Hücumun məqsədinin isə iki ölkə (İran və Ermənistan) arasındakı sərhədləri kəsmək olduğu iddia edilir.
"İran dəfələrlə bəyan edib ki, regionun beynəlxalq və geosiyasi dəyişikliyi – bu ölkənin (İranın) qırmızı xəttidir. İrimiqyaslı müharibəni önləmək üçün iranlı hərbçilər dərhal Ermənistan-Naxçıvan sərhədi boyunca yerləşdirilməlidirlər", erməni teleqram kanalları İran KİV-lərinə istinadən yazırlar.
"Onlar həmçinin qeyd edirlər ki, Qarabağ müharibəsi 2020-ci ildə - ABŞ-da keçiriləcək seçkilər ərəfəsində başladı. İran nə qədər təəccüb etsə də, növbəti müharibə İranda keçiriləcək seçkilərlə üst-üstə düşə bilər. Lakin yaxın həftələrdə də bu mümkündür", ermənilər İran KİV-lərinə istinad edərək qeyd edirlər.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB