44 günlük müharibədən sonra Qarabağda – xüsusilə Şuşa və Hadrutda qanunsuz məskunlaşan ermənilərin Xankəndiyə köçürdülərək guya onların sosial-təminat şəraitlərinin yaxşılaşdırılması ətrafında aparılan işlər barəsində verilən xəbərlərin yalan olması faktı üzə çıxıb. SİA-nın məlumatına görə, erməni mənbələri müxtəlif informasiya blklarında xəbər verirlər ki, guya “stepanakertin” Tumanyan küçəsində tikilən 108 mənzilli binada Şuşa və Hadrutdan köçən ermənilər yerləşdiriləcək. Hətta bina cari ilin sentyabr ayından gec istifadəyə verilməyəcək və s.
Lakin sonradan məlum olub ki, “Vitali Qriqoryants” adına xeyriyyə fondu sözügedən binanın tikintisinə hələ 2016-cı ildə başlayıb və quldur rejimin əvvəlki “prezidenti” Bako Saakyan tikintini 2019-cu ilin aprelində ziyarət edib. Özü də binanın tikintisinin məqsədi Azərbaycan torpaqlarının işğalında iştirak etmiş və öldürülmüş quldur silahı dəstə üzvlərinin ailələrinə verilməsindən ibarət olub. İnşaata 7 milyon ABŞ dolları ayrılıb və s.
Beləliklə, məlum olub ki, guya Xankəndidə yerləşən ermənilərin həyat səviyyələrinin və sosial şəraitlərinin yaxşılaşdırılması ilə bağlı verilən xəbərlər sadəcə yalan xarakteri daşıyır və orada ümumiyyətlə, hər hansı bir tikinti-inşaat işləri aparılmır. İşğal dönəmində başladılan işlər isə əslində yarımçıq qalıb. Görünür, separatçı rejimin quldur rəhbərliyi indi də qanunsuz hakimiyyətlərini uzatmaq üçün bu kimi vasitələrdən istifadə edirlər. Ancaq yalanları az keçməmiş elə ermənilərin özləri tərəfindən ifşalara məruz qalır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB