Anti-Rusiya sanksiyaları üç il uzadıldı Zelenski tərəfindən

Anti-Rusiya sanksiyaları üç il uzadıldı Zelenski tərəfindən

Ukrayna prezidenti Vladimir Zelenskiy, Rusiya da daxil olmaqla bir sıra şəxs və şirkətlərə qarşı sanksiyaları üç il müddətinə uzadıb və beləliklə, Ukrayna lideri Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının məhdudiyyətlərlə bağlı qərarını qüvvəyə mindirib. SİA xəbər verir ki, "TASS" dövlət başçısının saytına istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, siyahıda 81 şirkət və 26 vətəndaş var.
Qeyd olunur ki, sanksiyalarda, mülkiyyətində olan əmlakdan istifadə hüququnun məhdudlaşdırılması, kapitalın genişləndirilməsinin qarşısını almaq, vizaların verilməməsi və ləğv edilməsi daxil olmaqla aktivlərin bloklanması da nəzərdə tutulur.
Siyasi analitik Ruslan Bortnik hesab edir ki, bu şəkildə Zelenskinin rəqiblər fonunda mövqeyini gücləndirmək və reytinqini sabitləşdirmək üçün "vətənpərvərlik kartı" oynayır. Ekspert Zelenskinin sanksiyalardan əhəmiyyətli bir nəticə əldə edə bilməyəcəyini, ancaq bu şəkildə yalnız "güclü əl imici" qoruyacağını bildirib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında xeyli zamandır ki, gərginlik hökm sürür. Tərəflər bir-birini qarşılıqlı şəkildə ittiham edirlər. Ələlxüsus Ukrayna tərəfi Krımı ələ keçirməkdə Rusiyanı günahlandırır. Onu da diqqətə çatdıraq ki, bu məqamdan Qərb özü də istifadə edir və Rusiyaya qarşı sanksiyaların tətbiqini vacib hesab edir. Görünür, Ukrayna tərəfi də, ələlxüsus ölkənin lideri Zelenski Qərbin belə bir mövqeyindən istifadə etmək niyyətindədir. Hər bir halda, Rusiyaya qarşı sanksiyaların artdığı, təzyiqlərin genişləndiyi günün reallığıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə