“Sanksiyalar daha sərt olmalıdır” Denis Şmıqal

“Sanksiyalar daha sərt olmalıdır” Denis Şmıqal

Ukrayna Avropa Birliyini Rusiyaya qarşı sanksiyaları genişləndirməyə və sərtləşdirməyə çağırıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Ukrayna səlahiyyətliləri, Avropa Birliyinin Rusiya Federasiyasına qarşı sanksiyaları genişləndirəcəyinə və sərtləşdirəcəyinə inanır, deyə Ukraynanın baş naziri Denis Şmıqal bildirib.
Qeyd edək ki, bir qədər əvvəl AB-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrell, AB ölkələri xarici işlər nazirlərinin görüşündən əvvəl nazirlərin dünyadakı ciddi insan haqları pozuntuları üçün genişləndirilmiş bir siyahı təsdiqləyəcəyini bildirib. Qeyd olunub ki, bundan əlavə, Rusiya ilə münasibətlər mövzusu 25-26 mart tarixlərində keçiriləcək Avropa sammitində əsas mövzulardan birinə çevriləcəkdir. Rusiya xarici işlər nazirinin müavini Alexander Qruşko, AB-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların Brüssel ilə hər hansı bir qarşılıqlı əlaqəni şübhə altına aldığını söyləyib.
"İnanırıq ki, Rusiya Federasiyasına qarşı sanksiyaların yalnız davam etməsi ilə kifayətlənilməməlidir. Gələcəkdə bu sanksiyalar dəqiq, aydın və hər şeydən əvvəl daha sərt olmalıdır", deyə Şmıqal Almaniyanın “Handelsblatt” qəzetinə verdiyi müsahibəsində açıqlayıb.
Onun fikrincə, sanksiyalar təsirli bir vasitədir və yalnız genişləndirilə bilər.
Xatırladaq ki, Rusiya ilə Qərb ölkələri arasındakı münasibətlər, Ukraynadakı və yarımadadakı referendumdan sonra Rusiyaya birləşdirilən Krım ətrafındakı vəziyyətə görə pisləşib. Rusiya Federasiyasını Ukraynanın işlərinə qarışmaqda günahlandıran Qərb, ona qarşı sanksiyalar irəli sürüb, Moskva isı cavab tədbirləri tətbiqini planlayır və dəfələrlə Rusiya ilə sanksiyalar dilində danışmağın nəticəsiz olduğunu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə