Son bir neçə gündür ki, Rusiya KİV-lərində fəaliyyət göstərən erməni müəlliflərinin, eləcə də erməni lobbisinin nəzarəti altında olan mətbuat səhifələrində guya Şuşadakı “Kanaç Jam” adlı “erməni kilsəsinin” azərbaycanlılar tərəfindən dağıtması barədə dezinformasiyalar yayılmaqdadır. SİA-ya daxil olan məlumata görə, dezinformasiyanın inandırıcı görünməsi üçün kilsənin iki fotodan ibarət kollajlarında Şuşanın azad olunmasından “əvvəlki” və “sonrakı” vəziyyəti göstərilir və iddia edilir ki, sözügedən “erməni kilsəsi” məhz azərbaycanlılar şəhərə daxil olandan sonra “dağıdılıb”.
Həmin kilsə Qarabağ xanlığının 1805-ci ildə Rusiya imperiyasının tərkibinə daxil olduğu zamanlarda inşa edilib
Əgər şəhərin azad edilməsindən sonrakı fotosuna baxsaq maraqlı detal nəzərdən yayınmır. Belə ki, iki itibucaqlı günbəzin demontajı diqqət çəkir. Erməni KİV-ləri müvafiq “arqumentdən” istifadə edərək iddia edirlər ki, guya mövcud fotoşəkil onların sözlərinin həqiqiliyini əks etdirir.
Lakin dezinformasiya ilə məşğul olan erməni müəllifləri nədənsə rusdilli ictimai rəyə göstərdikləri məbədin, ümumiyyətlə, erməni kilsəsinə aidiyyatı olmadığını deməyə tələsmirlər. Belə ki, göstərilən tikili məhz ruslara aid olan pravoslav kilsəsidir və həmin kilsə Qarabağ xanlığının 1805-ci ildə Rusiya imperiyasının tərkibinə daxil olduğu zamanlarda inşa edilib.
Pravoslavların “Müqəddəs Vəftizçi İohan”nını erməni qriqorianlarının “Kanaç Jam”ına çeviriblər
Məhz bu faktdan sonra ermənilər necə deyərlər, “qaş düzəltdikləri yerdə”, vurub “öz gözlərini çıxarıblar”. Misal üçün, ermənilər Rus pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasına məlumat vermədən Qarabağdakı Rus kilsəsni erməniləşdiriblər, eləcə də kilsənin adını dəyişdirərək “Müqəddəs Vəftizçi İohan”ndan “Kanaç Jam”a çeviriblər.
Xatırladaq ki, 2019-cu ildə bu barədə Yeparxiyanın mətbuat katibi protoiyeriy Konstantin Pominov da danışıb.
SSRİ dövründə kilsə təyinatı üzrə fəaliyyət göstərməyib və yerli sanatoriyanın hissəsi olub. Şəhər sakinləri isə onu “su qalereyası” adlandırıblar. Kilsə ilə yanaşı həmin sanatoriya yerləşib və işğal faktında Şuşa sakinləri olan azərbaycanlıların evləri kimi, həmin müəssisə də dağıdılıb.
1894-cü ildə Xocavənd rayonunda inşa edilmiş Rus Pravoslav Kilsəsi də acı taleyini yaşayıb və ermənilər tərəfindən yerlə-yeksan edilib
Hazırda Şuşada pravoslav kilsəninə məxsus abidənin bərpası işi apaılır və ona əvvəlki görkəminin qaytarılması üçün fəaliyyətə başlanılıb.
Sonradan ermənilər tərəfindən məbəd üzərində düzəldilən itibucaqlı konus demontaj edilib, onun yerinə isə, məhz tipik rus memarlığına xas olan gümbəz düzəldilir. Kilsənin yaxın vaxtlarda Bakı Rus pravoslav kilsəninin yeparxiyasının nəzdinə veriləcəyi bildirilir.
Daha bir mühüm xatırlatmanı da edərək qeyd edə bilərik ki, erməni vandalizmi yalnız azərbaycanlıların tarixi-mədəni və dini irsinə deyil, həm də xristianların dini ziyarətgahlarına qarşı da tətbiq olunub və yuxarıda qeyd edilən faktla başa çatmır. Belə ki, 1894-cü ildə Xocavənd rayonunda inşa edilmiş Rus Pravoslav Kilsəsi də bu acı taleyi yaşayıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB