“Əfv sərəncamı dövlət başçısının humanizm siyasətinin daha bir nümunəsidir” RƏY-ÖZƏL

“Əfv sərəncamı dövlət başçısının humanizm siyasətinin daha bir nümunəsidir” RƏY-ÖZƏL

Azərbaycan Prezidenti İlham Əliyev əfv sərəncamı imzalamaqla növbəti dəfə böyük bir humanistlik nümayiş etdirib. Prezident bu xeyirxah addımla on minlərlə vətəndaşı sevindirib, ölkədə ictimai barışı, vətəndaş-dövlət birliyini daha da möhkəmləndirəcək addım atıb. Bunu Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin (ADİİM) sədri, tanınmış jurnalist Cavid Şahverdiyev bildirib.

Xatırladaq ki, dünən Prezident İlham Əliyevin Sərəncamı ilə 475 nəfər əfv edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Əfv sərəncamı ümumilikdə 625 nəfərə şamil edilib. QHT sədri bildirib ki, Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı müxtəlif siyasi qütblər və sosial şəbəkələrdə müsbət qarşılanıb, alqışlanıb: “Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı dövlət başçısının humanizm siyasətinin, milli vəhdətin daha bir nümunəsidir. Prezident gözü yollarda qalan bir körpəni, bir ananı, bir ailəni, onlarla qohum-əqrabanı sevindirib. Bu da onu deməyə əsas verir ki, Azərbaycan bütün azadlıqların, o cümlədən insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunduğu, demokratik inkişaf yolunda əmin addımlarla irəliləyən ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır”.

C.Şahverdiyevin fikrincə, Azərbaycan hökumətinin məqsədi öz vətəndaşını cəzalandırmaq deyil, qanunun aliliyini gözləməklə onu etdiyi səhvdən çəkindirməkdir, maarifləndirməkdir. Əgər həbsxanada cəzalarını çəkən vətəndaşlarımız etdikləri səhvlərini başa düşüblərsə, dövlət başçımız humanizmlik göstərir və onları əfv edir. Onu da qeyd edim ki, bu xeyirxah ənənənin əsası Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev 1993-cü ildə xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə gəldikdən sonra insan hüquqlarının təmin olunması istiqamətində mühüm addımlar atılıb, ölüm hökmü ləğv edilib. Ümummilli Liderin ölkəmizə rəhbərliyi dövründə çoxsaylı əfv Sərəncamları imzalanıb, amnistiya aktları qəbul edilib. Bu ənənəni bu gün Prezident İlham Əliyev davam etdirir".

C.Şahverdiyev vurğulayıb ki, Azərbaycan vətəndaşların bütün hüquq və azadıqlarının təmin olunduğu, qorunduğu demokratik və hüquqi dövlətdir. Hökumət həmişə vətəndaşlarına qarşı humanist mövqe nümayiş etdirir, onların cəmiyyət daxilində təhlükəsiz, əmin-amanlıq şəraitində yaşamalarını təmin edir: “Bu baxımdan Prezident İlham Əliyev öz siyasətində daim humanizm prinsipləri üzərində qurub. İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə