ABŞ rəhbərliyi "Şimal Axını 2" qaz kəmərinin tikintisini dayandırmaq üçün yeni sanksiyalar tətbiq etməyi düşünür. SİA RenTV-yə istinadən xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayıb.
Xatırladaq ki, "Şimal Axını 2", Rusiya sahillərindən Baltik dənizindən Almaniyaya qədər ümumi gücü 55 milyard kubmetr qaz olan iki boru kəmərinin inşasını nəzərdə tutur. Tikinti işləri demək olar ki, başa çatmaq üzrədir.
Göründüyü kimi, ABŞ-Rusiya münasibətləri getdikcə daha da kəskinləşir. Bir qədər əvvəl Navalnı işi ilə əlaqədar ABŞ-ın Rusiyaya sanksiya tətbiqi məsələsi gündəmdə idi. Artıq Ağ Ev "Şimal Axını 2"-yə qarşı da sanksiyaları planlayır. Bütün bunlar təbii ki, iki ölkə arasında münasibətləridəki gərginliyin təzahürüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB