“ABŞ-da lider yoxdur” Trampın oğlu

“ABŞ-da lider yoxdur” Trampın oğlu

İndi Ştatlarda lider yoxdur, sadəcə "telesuflyorlu boş kostyum" var. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Trampın oğlu Kiçik Trump, Ağ Evin Rusiya lideri Vladimir Putinlə birbaşa danışmaqdan imtina etməsindən sonra öz Twitter səhifəsində yazıb.
"Putin Co Baydeni xüsusi hazırlanmış bir mətn olmadan canlı efirdə debata çağırıb. Bütün dünya bilir ki, ölkənin başında liderimiz yoxdur, yalnız bir telesuflyoru olan boş bir kostyum var", deyə Kiçik Trump Twitterdə qeyd edib.
Onun sözlərinə görə, ABŞ-ın müxalifləri indi "Amerikanın zəifliyinə" həvəslə tamaşa edir.
Xatırladaq ki, bir qədər əvvəl Bayden, rusiyalı həmkarını "qatil" hesab edib-etməyəcəyi barədə media tərəfindən soruşulduğunda, bunu cavablandırıb. O, Amerika seçkilərinə edilən müdaxiləyə görə Putinin "cavab verəcəyini" də qeyd edib. Putin isə, Baydenin sözlərini şərh edərək, ona can sağlığı diləyib və bildirib ki, digər insanları qiymətləndirmək güzgüyə baxmağa bənzədiyir. Rusiya lideri Baydenə cümə və ya bazar ertəsi günləri danışmaq təklifi edib. Buna cavab olaraq Ağ Ev, Bayden və Putinin artıq danışdıqlarını və ABŞ-ın Rusiya rəhbərliyi ilə təmasda olduğunu söyləyib. Cümə axşamı Bayden, Ağ Evdəki bir çıxışından sonra bir jurnalistin Putinlə danışmağa razı olub olmadığına dair sualını cavablandırmaqdan belə imtina edib.
Onu da diqqətə çatdıraq ki, Rusiya Xarici İşlər Nazirliyi bundan əvvəl Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonovun ABŞ-la münasibətlər kontekstində nə edəcəyini təhlil etmək üçün Moskvaya məsləhətləşmələrə dəvət edildiyini bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə