Ermənistanda ümumi koronavirusa yoluxma hadisələrinin sayı 182 mini keçib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Respublika Səhiyyə Nazirliyinin Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin saytında bildirilir.
Məlumatda qeyd olunur ki, 19 mart tarixində qədər Ermənistanda təsdiqlənmiş 182 056 koronavirus hadisəsi qeydə alınıb. Diqqətə çatdırılır ki, gün ərzində yeni yoluxma hadisələrin sayı 891 olub. Sutka ərzində COVID-19-dan 19 nəfər ölüb. Nəzərə çatdırılır ki, sutka ərzində 4 725 test edilib.
Xatırladaq ki, bir gün əvvəl, Ermənistanda təsdiqlənmiş koronavirusu olan bir xəstələr arasında 3 ölüm hadisəsi qeydə alınmışdı. Bu gün isə bu cür hadisələrin ümumi sayı 851-ə çatıb. Mərkəzin məlumatına görə bu vaxta qədər ümumilikdə 793 678 koronavirus testi aparılıb, virusa yoluxanlardan 3320 nəfər ölüb, hazırda 10 367 xəstə müalicə edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB