Paşinyanın erkən seçki təklifinə cavab MÜXALİFƏTDƏN GƏLDİ

Paşinyanın erkən seçki təklifinə cavab MÜXALİFƏTDƏN GƏLDİ

Müxalifət cəbhəsindən olan "Parlaq Ermənistan"ın lideri Edmon Marukyan ölkədəki erkən parlament seçkilərinin tarixini məqbul sayıb. SİA "RİA-Novosti"yə istinadən xəbər verir ki, bu barədə partiya lideri öz "Facebook" səhifəsində yazıb.
Nəzərə çatdıraq ki, baş nazir Nikol Paşinyan erkən seçkilərin 20 iyun tarixində baş tutacaqlarını açıqlayıb. Erkən seçkilərin keçirilməsinin hazırkı vəziyyətdə bir zərurət olduğunu qeyd edib. Paşinyan bu qərara ölkə prezidenti Armen Sarkisyan və müxalifət nümayəndələri ilə söhbətdən sonra gəldiyini də əlavə edib.
"Seçkilərin payıza və ya 2023-cü ilə qədər təxirə salınmadan qısa müddətdə prinsipial şəkildə keçirildiyini bəyan etdim. Buna görə də 20 iyunun bizim üçün məqbul olduğunu söylədim", deyə Marukyan "Facebook"da yazıb.
Xatırladaq ki, Ermənistan, Azərbaycan və Rusiyanın birgə bəyanatından sonra Ermənistanda etiraz aksiyaları başlayıb. Etirazçılar ölkə səlahiyyətlilərinin istefasını tələb edirlər. Eyni zamanda, Paşinyan özü deyib ki, müxalifət buna qarşı deyilsə, ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək.
Paşinyanın sözləri, Nazirlər Kabineti rəhbərini məqsədlərinə çatmaq üçün inzibati resurslardan istifadə etməkdə günahlandıran müxalif "Çiçəklənən Ermənistan" fraksiyasından olan Naira Zohrabyanın tənqidlərinə səbəb olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə