Ermənistan rəhbərliyinin daim öz xalqını aldatması onlar üçün ağır nəticələndi - ŞƏRH ÖZƏL
"Martın 15-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar. Bu səfərin siyasi, iqtisadi və tarixi nöqteyi-nəzərdən mühüm əhəmiyyəti olmuşdur. Səfər çərçivəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldırdı. Hadrut əməliyyatının dünyanın hərb elmi üçün əhəmiyyətli hadisədir. Şuşaya yol açan Hadrut qəsəbəsinin azad edilməsinin hərbi-strateji rolu vardır. Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olub. İlk növbədə, ətraf dağlar azad edildi və Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən nəzarətə götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi. Eyni zamanda, qeyd etmək lazımdır ki, Hadrut qəsəbəsi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun mərkəzi sayılırdı. Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunandan sonra keçmiş vilayətin Martuni və Hadrut rayonları birləşdirildi və Xocavənd rayonu yaradıldı. Bu əraziyə qədim tarixi adı – Xocavənd adı qaytarılıb. Müharibə dövründə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunun 50 faizdən çox hissəsi və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun 100 faiz ərazisi işğalçılardan azad edilib". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.
Politoloqun sözlərinə görə, bəzən müşahidə edirik ki, müharibənin yekunlarını şərh edərkən Azərbaycanın yeddi rayonu azad etdiyini qeyd edirlər: “Azərbaycan yeddi rayonu, Şuşa şəhərini, Suqovuşan qəsəbəsini, Talış qəsəbəsini, keçmiş Hadrut rayonunu, keçmiş Martuni rayonunun böyük hissəsini azad etdi və tarixi ədaləti bərpa etdi. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərkən tarixi nailiyyətlərə imza atdı. Səfərin iqtisadi tərəflərinə dair qeyd edə bilərik ki, cənab Prezident İlham Əliyev Füzuli-Hadrut və Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoydu. Bu yolun bölgədəki nəqliyyat infrastrukturunun canlanmasına xidmət edəcəyini proqnozlaşdırmaq olar. Səfər zamanı biz bir daha bunun şahidi olduq ki, Ermənistan yaşayış məntəqələrini yerlə-yeksan edib, bizim tarixi irsimizi silmək istəyib. Eyni zamanda, yol boyunca bütün yaşayış məntəqələrinin dağıldığının şahidi olduq. Ermənistan tərəfi bütün şəhərlərimizi dağıdılıb, bütün kəndlərimiz dağıdılıb, tarixi abidələr dağıdılıb, məscidlər dağıdılıb, qəbirlər dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. Qeyd edək ki, Hadrut qəsəbəsində qanunsuz olaraq Ermənistandan və xarici ölkələrdən ermənilər gətirilib zorla məskunlaşdırılıb. Amma Hadrutda bir bina da dağıdılmayıb, bir bina da yandırılmayıb. Azərbaycan əsgəri heç vaxt mülki erməni əhalisinə atəş açmayıb”.
İ.Hüseynov vurğulayıb ki, Azərbaycan Ordusundan fərqli olaraq, Ermənistandakı hakimiyyətlərin daim azərbaycanlı mülki əhalini hərbi hədəf kimi seçiblər: “1992-ci ildə Qaradağlıda, Xocalıda, Ağdabanda, Ballıqayada, 1993-cü ildə Başlıbeldə, 2020-ci ildə Gəncədə, Bərdədə, Tərtərdə və digər ərazilərdə öldürülən mülki insanlar olub. Azərbaycan Ordusunun hərbi qulluqçuları isə humanist prinsiplərdən çıxış ediblər. Vətən müharibəsi dövründə Azərbaycanın mükli erməni əhalisinə münasibətdə humanist addımları ilə yadda qalıb. Əks-hücum əməliyyatı zamanı Ermənistan tərəfinə humanitar dəhliz təklif olundu, girovlara tibbi xidmət göstərildi, hərbi əsirlərin geri qaytarılması baş verdi. Ermənistan rəhbərliyinin daim öz xalqını aldadıb və bunun Ermənistan üçün ağır nəticələndiyini müşahidə edirik. Müharibədən dörd ay keçməsinə baxmayaraq, işğaldan azad edilən ərazilərdə böyük quruculuq işlərinə başlanıb. Azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacaqlar. Bütün dağılmış şəhərlər, kəndlər yenidən qurulacaq, vətəndaşlarımız öz doğma yurdlarına qayıdacaq bütün dünyaya bir daha xalqımızın böyüklüyünü görəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB