Rusiya ilə Ukraynanın yaxınlaşma şərtləri Krım rəhbəri tərəfindən açıqlandı

Rusiya ilə Ukraynanın yaxınlaşma şərtləri Krım rəhbəri tərəfindən açıqlandı

Krımın başçısı Sergey Aksenov Rusiya ilə Ukrayna arasında yaxınlaşma şərtlərini açıqlayıb. SİA RenTV-yə istinadən xəbər verir ki, Sergey Aksenov müvafiq açıqlamanı yarımadanın Rusiya Federasiyasına qayıtmasının ildönümü münasibətilə keçirilən təntənəli iclasda verib.
Aksenov Ukraynadakı hakimiyyət dəyişikliyindən sonra yaxınlaşmanın mümkün olacağına ümid etdiyini qeyd edib.
"Ukrayna xalqı bizim düşmənimiz deyil və Ukrayna sakinləri bizim üçün heç vaxt düşmən olmayacaq. Ümid edirəm ki, Ukrayna rəhbərliyi dəyişdikdən sonra ölkələrimiz eyni yaxınlaşma kursunu alacaqlar", deyə Aksenov bildirib.
Xatırladaq ki, Krım 2014-cü ildə keçirilmiş referendum nəticəsində seçicilərin yüzdə 96 faizindən çoxunun yarımadanın Rusiya Federasiyasına birləşdirilməsinə səs verdikdən sonra Rusiyaya qayıdıb. Onu da qeyd edək ki, bir qədər əvvəl, siyasi analitik Dmitri Abzalov da, Qərbin Krımı Rusiya kimi tanıdığını söyləyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə