NATO üçün əsas təhdidlər Rusiya, terrorizm, Çinin yüksəlişi və iqlim dəyişikliyidir. SİA Ren TV-yə istinadən xəbər verir ki, bu sözləri NATO Baş katibi Jens Stoltenberg deyib.
"Rusiyanın sabitliyi pozan davranışı, terrorizmi, kiber hücumları, texnologiyası, Çinin yüksəlişi və iqlim dəyişikliyi problem olaraq qalır. Heç bir ölkə və ya qitə bunun öhdəsindən gələ bilməz", deyə Jens Stoltenberg açıqlayıb.
Stoltenberg birgə işlməyə çağırıb. Onun sözlərinə görə, ÇXR və Rusiya Federasiyası hərbi təlimlər də daxil olmaqla getdikcə daha sıx əməkdaşlıq edir.
"Bütün bunların hamısı gələcəkdə NATO-nun qarşısında duran problemləri müəyyənləşdirir. Buna görə də NATO-nun avtoritar Çin və daha aqressiv Rusiyanın çağırışlarına uyğunlaşmağa davam etməsi vacibdir", deyə NATO Baş katibi bildirib.
Baş katib əlavə etdi ki, Rusiyaya yeni yanaşma bu il NATO sammitində təqdim ediləcək və NATO 2030 strategiyasında təfərrüatlı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB