İrəvanın büdcə gəlirləri 20 milyon dollardan çox azalıb 2020-ci ildə
İrəvan büdcəsinə gəlirlər planlanan 84,9 milyard dram əvəzinə 73,3 milyard dram təşkil edib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə merin müavini Sergey Nersisyan, 16 mart tarixində İrəvan Ağsaqqallar Şurasının iclasında 2020-ci il üçün paytaxt büdcəsinin icrası ilə bağlı bir hesabat təqdim edərkən deyib.
O, büdcə gəlirlərinin icrasının 86,4 %, büdcə xərclərinin həcminin isə 64,3 milyard dram olduğunu qeyd edib.
Qeyd edək ki, 2019-cu ildə gəlirlər 83,2 milyard dram (təxminən 170 milyon dollar), xərclər 91 milyard dram təşkil edib.
Xatırladaq ki, Ermənistan hakimiyyəti büdcə xərclərinin zəif icrasını koronavirus və Qarabağdakı müharibə ilə izah edir.
İrəvan Ağsaqqallar Şurasındakı “Çiçəklənən Ermənistan Partiyası” fraksiyasının katibi Ripsime Arakelyan, yalnız səhiyyə müəssisələrinin dəstəyi üçün verilən 45 milyon dramın koronavirus kontekstində belə ayrılmadığını qeyd edib.
“Piyada keçidlərinin təmir və tikinti işləri üçün planlaşdırılmış 170 milyon dramdan yalnız 12 milyon dram xərclənməsi müharibə və koronavirus ilə necə əlaqəlidir?”, deyə Arakelyan sual edib.
O, həmçinin Ermənistan rəsmilərinin bütün sahələrdə uğursuz olduğunu, ancaq İrəvan bələdiyyə başçısının buna heç bir reaksiya vermədiyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB