Fransada koronavirusun yeni variantı üzə çıxdı ŞOK

Fransada koronavirusun yeni variantı üzə çıxdı ŞOK

Fransanın şimali-cənub hissəsində, Bertan regionunda koronavirus infeksiyasının yeni variantı üzə çıxıb. SİA xəbər verir ki, bu barədə fransız mətbuatı ölkənin Səhiyyə Nazirliyinə istinadən yazır. Belə ki, sözügedən infeksiyanın çoxnövlüyünü aşkar etmək asan başa gəlməyib. Çünki COVİD-19-a yoluxmuş pasientlərin əksəriyyəti üzərində keçirilmiş testlərdən sonra məlum olub ki, həmin testlər mənfi nəticə göstərir.

Koronavirusun yeni variantını Kot-d `Armor departamentinin Lanyon kommunasının mərkəzi xəstəxanasında aşkar ediblər. Martın 13-də COVİD-19-a yoluxma halının sayı 79 nəfəri təşkil edib və onlardan 8-də yeni variant aşkar olunub. Hazırda alimlər infeksiyanın öyrənilməsinə başlayıblar. Onlar aşılanmanın və antitellərin həmin varianta necə təsir edib-etmədiyini öyrənməyə çalışırlar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə