Media rəhbərləri Ağdam şəhərinin vəziyyəti ilə yaxından tanış olublar YENİLƏNİB-FOTOLAR-VİDEO

Media rəhbərləri Ağdam şəhərinin vəziyyəti ilə yaxından tanış olublar YENİLƏNİB-FOTOLAR-VİDEO

Azərbaycanın bir qrup media orqanının və QHT-lərinin rəhbərləri, blogerlər və ictimai fəalların işğaldan azad olunmuş Ağdam rayonuna səfəri davam edir. SİA-nın verdiyi məlumata görə, onlar Ağdam şəhərinin ümumi vəziyyəti ilə yaxından tanış olublar. Tanışlıq çərçivəsində nümayəndə heyəti Uzundərədə II Şəhidlər Xiyabanı, Ağdam şəhərinin girişində 1991-ci il fevralın 21-də partladılmış avtovağzal, Ağdam 50 nömrəli texniki peşə məktəbi, xəstəxanalar kompleksi, Ağdam pasajı və bazar, çay evi, cümə məscidi, Mərkəzi meydan (Dram Teatrı, İcra Hakimiyyətinin binası və s.), Qarabağ xanlarının abidələr kompleksi və İmarət qəbiristanlığı, Ağdamın "Qarabağ" futbol klubunun "İmarət" stadionu, Çörək muzeyi, 1941-1945 abidəsi və I Şəhidlər Xiyabanı, Qarağacı qəbiristanlığı, Şahbulaq qalasında olublar.

Səfərdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə