“Normandiya Dördlüyü” liderlərinin görüşü barədə Kravçuk anons verdi
Donbasdakı vəziyyəti həll etmək üçün təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk, “Normandiya Dördlüyü” ölkələri, Rusiya, Almaniya, Fransa və Ukrayna liderlərinin görüşünün aprel ayına planlaşdırıldığını söyləyib. SİA RenTV-yə istinadən xəbər verir ki, bu barədə nümayəndə heyətinin rəhbəri Ukrayna KİV-lərinə bəyan edib.
"İndi siyasi məsləhətçilər səviyyəsində çox iş gedir. Sadəcə, onlar ən yüksək səviyyədə görüş təşkil etmək kimi elə məhz bu əsas məsələni həll edirlər. Görüş aprel ayına planlaşdırılır", deyə Leonid Kravçuk bildirib.
Kravçuk eyni zamanda qeyd edib ki, görüşün baş tutacağını, yaxud baş tutmayacağını da söyləmək onun üçün çətindir.
Xatırladaq ki, bir qədər əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski dördtərəfli danışıqların təxirə salınacağı təqdirdə “Normandiya Dördlüyü”nün hər biri ilə görüşməyə hazır olduğunu bildirmişdi. Onu da diqqətə çatdıraq ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov əvvəllər Rusiya liderinin cədvəlində hələ "Normandiya formatında" görüş olmadığını qeyd etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə