Paşinyanın daha bir məqaləsi üzə çıxdı: Yollar açılmalıdır! ANALITIK
“Haykakan Jamanak”, 2001-ci il: “Əgər Türkiyə, ya da Azərbaycan Mehri üzərindən əlaqə qurmaq istəyirlərsə, qoy bu əlaqəni qursunlar”
Ermənistanın baş naziri Nikol Paşinyanın 2001-ci ildə “Haykakan Jamanak” nəşrində dərc etdiyi məqaləsi üzə çıxıb. SİA xəbər verir ki, “Biz və bizim maraqlarımız” sərlövhəli məqalədə Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması, bunun üçün ABŞ-la da mövqelərin razılaşdırılması, habelə iqtisadi inkişaf vəd edən perspektivlər cəhətindən nəqliyyat, ticarət və s. sahələrdə əməkdaşlığın əhəmiyyəti haqqında yazılıb. Sözügedən məqalənin əsas hissələrini təqdim edirik. SİTAT: “Türklərə və ABŞ-a Mehri lazımdırsa bu sadəcə əladır, çünki belə olan halda Mehri adi bir ərazidən kozır kartına çevrilir və bu bizim kozırdır. Mən bu kozırın ağuşumuzda saxlanılması tələbini əks etdirən baxışları anlamıram. Bu uşaq yanaşmasıdır. Ermənistanın bu prosesdəki mövqeyi vahid olmalıdır. Əgər Türkiyə, ya da Azərbaycan Mehri üzərindən əlaqə qurmaq istəyirlərsə, qoy bu əlaqəni qursunlar. Onlara bizim məkanımızdan istifadə etməyə imkan yaradın, onlara bizim dəmir yolumuzdan istifadə etməyə və bütün dünyada olduğu kimi ödəniş etmələrinə şərait yaradın...”
“Türkiyənin və Azərbaycanın bizim qonşularımız olduğunu anlayaraq onlarla münasibətləri yaxşılaşdırmaq həyati bir məsələdir”
Paşinyan sözügedən məsələdə Ermənistana şans verildiyini yazıb və Rusiyaya tərəf eyham vurub ki, o zamankı hakimiyyət Mehrini məhz rusların nəzarətinə verməyə çalışır. Buna qarşı isə çıxamaq lazımdır: “Bizə buradan çıxan bütün nəticələri ilə regionun qəlbi, Qərbin və Şərqn kəsilməsi olmağımız üçün tarixi şans verilib. Bu şansdan istifadə etməyimiz üçün növbəti şərtlər vacibdir: Mehrinin üzərindəki nəzarəti ya da Mehrini başqa kimlərinsə nəzarətinə verməyə cəhd edənin istənilən əlini kəsin. Anlayın ki, Ermənistanın maraqları Rusiyanın maraqlarından fərqlənir. Türkiyənin və Azərbaycanın bizim qonşularımız olduğunu anlayaraq onlarla münasibətləri yaxşılaşdırmaq həyati bir məsələdir”.
“Bu, kommunativ maraqlar klubudur ki, praktiki olaraq regionun əlaqəli inkişafını təmin edəcək”
Paşinyan həmin məqalədəki sözlərini həm də belə izah edib ki, yolların açılması, nəqliyyat dəhlizi və s. kimi perspektivlər yalnız ölkələrin dünyaya çıxışlarını asanlaşdırır, eyni zamanda iqtisadi əlaqələrin inkişafına da öz təsirlərini göstərir. Hər üç ölkə - Türkiyə, Azərbaycan və Ermənistan bu imkanlardan yararlanaraq inkişaf mərhələsini sürətləndirə bilərlər: “Ermənistan-Türkiyəyə və Orta Asiyaya yoldur. Türkiyə-Avropanın Ermənistana çıxışıdır. Azərbaycan-Ermənistanın Orta Asiyaya çıxışıdır. Ermənistan-Azərbaycanın Türkiyəyə, həm də Avropaya çıxışıdır. Bu, kommunativ maraqlar klubudur ki, praktiki olaraq regionun əlaqəli inkişafını təmin edəcək”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB