"Astana formatı"nı bu heç bir şəkildə əvəz etmir, tamamlayır" Sergey Lavrov

"Astana formatı"nı bu heç bir şəkildə əvəz etmir, tamamlayır" Sergey Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov, Rusiya, Türkiyə və Qətər arasındakı Suriyaya dair üçtərəfli formatın Rusiya, Türkiyə və İranın da daxil olduğu "Astana üçlüyü"nü əvəz etmədiyini söyləyib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Lavrov bir mətbuat konfransında deyib.
Qeyd edək ki, Rusiya, Qətər və Türkiyənin xarici işlər nazirləri cümə axşamı günü Dohada Suriya nizamlanması mövzusunda bir görüş keçirib. Nazirlər bu cür görüşlərin mütəmadi olaraq keçirilməsinə razı olublar. Sonrakı görüş Türkiyədə keçirilməlidir.
"Sual verildi ki, hazırda niyə görüşürük? İndi görüşmürük. Bu format bir ildən çoxdur mövcuddur. Nümayəndələrimiz Suriya böhranının həllinə kömək etmək barədə fikir mübadiləsi aparmaq üçün ən azı üç iclas keçiriblər. Əlbəttə ki, bu "Astana formatı"nı heç bir şəkildə əvəz etmir, tamamlayır", deyə Lavrov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə