“Ukrayna və Rusiya arasında Donbas münaqişəsinin alovlanması Moskvaya qarşı yeni sanksiyaların tətbiqinə gətirəcək”. Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
“İlk öncə regionda yeni şərtlər Kiyevin əleyhinədir. ABŞ və Avropa təkcə siyasi bəyanatlarla müharibə başlasa mövqe bildirəcək. Aktiv şəkildə onların müharibəyə qoşulması gözlənilmir. Ümumiyyətlə Ukraynanın Donbası işğaldan azad etməsi yaxın iki ildə mümkün deyil. İlk növbədə hərbi potensialı Rusiya ilə toqquşmada yetərli deyil. Həmçinin Qarabağ müharibəsində açıq şəkildə Ukraynanı müdafiə edən ölkə olmayacaq. Kiçik lokal toqquşmalarda Kiyev uğur qazana bilər. Amma genişmiqyaslı müharibəyə hazır deyil. Bu, Rusiya Ukrayna müharibəsidir və bundan sonra da böhran davam edəcək”-deyə, politoloq fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB