“Hakim partiyanın budəfəki ali toplantısı vacib qərarların qəbul edilməsi ilə yadda qaldı”

“Hakim partiyanın budəfəki ali toplantısı vacib qərarların qəbul edilməsi ilə yadda qaldı”

“Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən, keçdiyi 29 ilə yaxın şərəfli yolda Azərbayacanın qazandığı uğurların bələdçisi kimi çıxış edən Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirildiyi zamana diqqət yetirsək, bir daha bu reallığı böyük qürur və inam hissi ilə qeyd edə bilərik ki, Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsinin yaratdığı yeni reallıqlar bütün sahələrdə, o cümlədən siyasi sistemin təkmilləşdirilməsində yeni mərhələyə yol açıb”. Bu fikirləri YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev SİA-ya açıqlamasında bildirib.

S.Əliyev bildirib ki, bütün dövlətlərdə hakimiyyətdə olan siyasi partiyaların qəbul etdiyi qərarlar ölkənin siyasi həyatına birbaşa təsir edir: «Bu baxımdan, Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII qurultayı təbii olaraq ölkə ictimaiyyətinin diqqət mərkəzində idi. Həmçinin, Vətən savaşındakı Şanlı Qələbədən sonra və ölkədə aparılan islahatlar fonunda qurultayın baş tutması həm də ölkənin gələcək inkişafı baxımından da önəmli hadisə sayılırdı. Hakim partiyanın budəfəki ali toplantısı vacib qərarların qəbul edilməsi ilə yadda qaldı. Partiyanın yeni Nizamnaməsi qəbul olundu, 40 nəfərdən ibarət tərkibdə İdarə Heyəti seçildi, 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi. Bununla da ölkənin siyasi həyatında tamamilə yeni bir strategiyanın əsası qoyuldu. Ona görə də deyə bilərik ki, bu qurultay demokratik ənənələrin inkişafına ciddi töhfə verəcək”.

«Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının qurultayda geniş, dərin məzmunlu və proqram xarakterli çıxış edərək əldə edilən uğurları, aparılan hərtərəfli islahatları dəyərləndirdi və gələcək fəaliyyətlə bağlı istiqamətləri, konturları göstərdi»,-deyən Seyfəddin Əliyev onu da vurğladı ki, qurultayın keçirilməsi zərurəti yaranmışdı: “Azərbaycanın genişmiqyaslı islahatlar aparan ölkə olduğunu bildirən Prezident öncə son 3 il ərzində həyata keçirilən mütərəqqi işləri yüksək qiymətləndirərək partiyanın VII qurultayının keçirilməsi zərurətini yaranmış yeni reallıqların tələbi kimi dəyərləndirdi. Bu gün sıralarında 760 580 insanı birləşdirən YAP-ın fəaliyyəti, ideyaları, apardığı siyasət göz önündədir. Bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Prezidentimizin də söylədiyi kimi, YAP sözün əsl mənasında ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyanın böyük ənənələri var”.

S.Əliyev VII qurultayda xeyli yeniliklər baş verdiyini bildirərək vurğuladı ki, partiya yeniləşmiş formatda daha fəal olacaq: “Dövlət başçımız İlham Əliyev partiyanın rəhbər orqanlarında yeni təmsil olunanlar qarşısında tələblər də qoydu. Bildirdi ki, onlar partiyanın bundan sonra da ölkənin aparıcı siyasi qüvvəsi olaraq qalması üçün fəal olmalı, partiyanın fəaliyyətində mühüm rol oynamalı, ümumi işlərə töhfə verməlidirlər”.

“Hakim partiyanın ali toplantısında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərarın qəbul edilməsi də mühüm hadisə idi. Bu, siyasi həmrəyliyin, milli birliyin əyani təzahürü oldu. Partiyaların YAP-a birləşməsi cəmiyyətdə iqtidara qarşı olan müsbət münasibətin və inamın göstəricisi kimi də qiymətləndirilə bilər”,-deyən S.Əliyev onu da söylədi ki, əlbəttə ki, bu, ölkədə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək.

S.Əliyev onu da vurğuladı ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənabları qurultayda bildirdi ki, təşkilatın yeni proqramı hazırlanmalıdır. Bu proqram yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməlidir. Bu səbəbdən də İlham Əliyev İdarə Heyətinə 3 ay ərzində partiyanın yeni proqramının hazırlanması ilə bağlı tapşırıq verdi.

“Qurultaydakı proqram xarakterli nitqində Prezident İlham Əliyev “91-lər”in fəaliyyətini də yüksək dəyərləndirərək bildirib ki, “Biz “91-lər” fəxr edirik ki, doğma partiyamızın sıraları yaranmasından ötən 29 ilə yaxın dövrdə kəmiyyət və keyfiyyət baxımından heç bir siyasi təşkilatla müqayisə edilməyəcək dərəcədə zənginləşib”, deyən S.Əliyev bildirib ki, Yeni Azərbaycan Partiyası zamanın bütün sınaqlarından, hər bir çətinlikdən şərəflə çıxdı, qısa müddətdə milyonların partiyasına çevrildi, bütün kateqoriyadan olan insanları bir araya gətirib sıralarında birləşdirdi: “Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq”.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə