Prezident və xanımı koronavirusa yoluxub Testin nəticələri xəstəliyi təsdiqləyib

Suriyanın dövlət başçısı Bəşər Əsəd və xanımı Əsma Əsəd koronavirus xəstəliyinə tutulublar. SİA RenTV-yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının ofisTwitterində məlumat qeyd olunub.
"Prezident Əsəd və xanım Əsma Əsəd testdən keçiblər. Testin nəticələri Suriya prezidentinin və xanımının koronavirusa yoluxmalarını təsdiqləyib", deyə məlumatda qeyd olunur.
Bildirilir ki, hər ikisinin - prezidentin və xanımının hazırda vəziyyəti olaraq qalır.
Xatırladaq ki, 2019-cu ilin sonlarında dünyada yeni növ koronavirus infeksiyası qeydə alınıb. 2020-ci ilin əvvəllərindən etibarən virusun yayılması sürətlənib və bu səbəbdən də ÜST tərəfindən bu hal dünyada pandemiya kimi dəyərləndirilib. Onu da diqqətə çatdıraq ki, yoluxma halları nəticəsində bu xəstəliyə yoluxanlar arasında səlahiyyətlilərin, hətta ölkə başçılarının olduğu da müşahidə edilib. Təsadüfi deyil ki, beynəlxalq səviyyəli tədbirlərin, konfransların, sammitlərin hamısı onlayn formatda təşkil olunur və ölkələrdə tətbiq olunan karantin rejimi ilə yanaşı bütün bu tədbirlər yoluxmaların, infeksiyanın yayılmasının qarşısının alınmasına xidmət edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...