Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul etsə... - Erməni Fəaldan ŞOK AÇIQLAMA

“Erməni fəalı İşğan Verdiyan Ermənistanda baş verənləri dəlixana adlandırıb”. SİA xarici Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, erməni fəal canlı yayım vasitəsilə Nikol Paşinyana Qarabağ klanına qalib gəlmək üçün Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü parlamentdə rəsmi şəkildə qəbul etməyi təklif edib.

“Hətta, canı bahasına olsa belə- hal-hazırda Ermənistanda axmaq hadisələr baş verir. Qurumlar, o cümlədən, hökümət, məhkəmə və prezident aparatı işləməkdən imtina edib. Onlar Qarabağ klanının təyin etdiyi insanlardır. Çox ciddi siyasi oyun baş tutur. Hökümətə qarşı hücum irəli sürürlər. Bütün bunlar Nikol Paşinyanın siyasətini məhv etmək üçün nəzərdə tutulur. Proseslər qanun çərçivəsində olsa da, sistem xalqın əleyhinə işləyir. Onlar Paşinyanı öz idealarını reallaşdırmaq üçün səhv addım atmağa vadar edərək qanun pozmağa sürükləyirlər. Ona görə də Paşinyan daha diqqətli olmalıdır. Əgər o parlamentdə rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü qəbul etsə, ölkəmiz xilas olacaq. Bununla da düşmənçilik yox olacaq və müharibəyə heçkim getməyəcək”- deyə Verdiyan vurğulayıb.

Verdiyan onu da qeyd edib ki, əgər, Paşinyan bu addımı atsa, Türkiyə ilə də siyasi problemlər həll olacaq: “Bu Ermənistan üçün onun rəhbərliyi altında yeni dövr ola bilər. Həyatımız üçün təhlükəli olsa da, bu addımı ata bilərik. Paşinyan razı olsa, xalq onu dəstəkləyəcək. Bizim kimi Paşinyan da bu ölkənin vətəndaşıdır. Əsgərlər vətən üçün risk etdiyi kimi o da etməlidir. Qarabağ klanı məhv olacaq və bu hamımız üçün qurtuluşdur”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...