Baydenin Krımla bağlı açıqlamaları Kremldən cavablandırıldı

Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov, ABŞ-ın Krımı "ilhaq etməyi heç vaxt tanımayacağı" ilə bağlı Amerika Prezidenti Co Baydenin açıqlamasını şərh edərkən, bunun heç vaxt olmadığını, bunun qanuni bir qərar olduğunu söyləyib. SİA xəbər verir ki, bu barədə Rusiyaya məxsus RİA Novosti agentliyi Dmitri Peskovun jirnalistlərə müsahibəsinə əsasən məlumat yayıb.
Xatırladılır ki, bir qədər əvvəl prezident Bayden, ABŞ-ın heç vaxt Krımı Rusiya kimi tanımayacağını və Ukraynadakı "təcavüz" səbəbi ilə Rusiyanı ədalət mühakiməsinə cəlb etmək üçün çalışmağa davam edəcəyini söyləyib. Bayden, Krımın Ukrayna olduğunu söyləyib və bunu həqiqət, doğru adlandırıb.
"Bilirsinizmi, Krımın ilhaqını tanımaq həqiqətən mümkün deyil. Kimsə Krımın ilhaqından danışmır. Çünki Krımın ilhaqı olmayıb. Krımın Rusiya ilə birləşdirilməsi olub, özü də beynəlxalq normalara uyğun olaraq”, deyə Peskov jurnalistlərin, Rusiyanın ABŞ-ın belə bir mövqeyində Vaşinqtonla əməkdaşlıq etməyə hazır olub olmadığı sualını cavablandırarkən bildirib.
Rusiya Federasiyası prezidentinin mətbuat katibi yenidən birləşmənin Krımın qanunverici orqanının "Krımın o zaman Ukrayna daxilindəki statusuna uyğun olaraq" verdiyi qərarın nəticəsi olduğunu xatırladıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə