Prezident: "Ermənilər özlərini və bütün dünyanı aldatmaq cəhdlərindən imtina etməlidirlər"
“Bu gün Qarabağ ərazisində yaşayan erməni əhalinin azərbaycanlı əhali ilə əlaqəsi yoxdur. Lakin bu, ona görədir ki, orada azərbaycanlı əhali, sadəcə, yoxdur, otuz il orada azərbaycanlılar olmayıb və azərbaycanlı əhali oraya qayıtmayıb. Erməni əhali isə Rusiya sülhməramlı missiyasının nəzarəti altında olan ərazidədir və bu ərazidən kənara çıxmır, ona görə ki, orada çıxası yer də yoxdur. Orada hər yer minalanıb”.
SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısı bildirib ki, buna görə də erməni və azərbaycanlı əhali arasında gündəlik əlaqələrin başlanması üçün şərait yetişməlidir. Bu, ilk növbədə, siyasi şəraitə aiddir: “Bir daha deyirəm, Ermənistan dövləti Azərbaycanın suveren ərazisini onun əlindən almaq üçün hər hansı cəhdlərdən, “Arsax müstəqil dövlətdir” tipli hər cür frazalardan, bütün bu boş və cəfəng sözlərdən imtina etməlidirlər. Onlar, sadəcə, özlərini və bütün dünyanı aldatmaq və orada yaşayan insanları çaşdırmaq cəhdlərindən imtina etməlidirlər. Onlar Azərbaycanın ərazi bütövlüyünü tanımalıdırlar. Hesab edirəm ki, bu, zəruridir. Mən əvvəllər Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin mümkünlüyü barədə suallara cavab verərək deyəndə ki, bu gün lazım olduğundan bir qədər irəli getdiyimi başa düşürəm, lakin bu da o vaxt mümkün olacaq ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın, bunu bütün dünyaya etiraf etsin.
Bax, belə bir baza yaradılanda, azərbaycanlı əhali işğaldan azad edilən ərazilərə qayıdanda, əlbəttə, əlaqələr olacaq. Ona görə ki, hazırda Xankəndidə, digər yaşayış məntəqələrində yaşayan insanların normal həyat fəaliyyəti üçün əlaqələr, sadəcə, zəruridir. Azərbaycansız buna nail olmaq, sadəcə, qeyri-mümkündür. Fikir verin, bu gün Qarabağdakı rusiyalı sülhməramlı kontingent üçün yüklər necə çatdırılır. Necə? Əvvəlki kimi təyyarə ilə Yerevana qədər, sonra isə yük maşınları ilə Xankəndiyə qədər. İndi dəmir yolu ilə Bərdəyə qədər. Tezliklə, bir ildən sonra bizim yolumuz Ağdama qədər uzanacaq. Oradan Rusiyaya məxsus yük maşınları gəlir, yüklənir və gedir. Bu, xeyli ucuz və rahat olacaq. Bəs, hərbi qulluqçular üçün yük daşıyan Rusiya təyyarələri indi necə uçur? Onlar sonradan 10 saat, özü də qar basmış bu dəhlizlə getmək üçün Yerevana uçmurlar. Onlar Gəncəyə uçur, oradan isə Xankəndiyə getmək üçün bir saat, ola bilsin bir qədər çox vaxt lazımdır. Yəni bunu həyat tələb edir. Rusiya tərəfi belə bir xahişlə müraciət edəndə biz onları dəstəklədik. Axı nəyə görə biz sülhməramlılar üçün süni problemlər yaratmalıyıq? Bu sülhməramlılar, o cümlədən bizim sakinlərin də təhlükəsizliyini təmin edirlər. İkincisi, beləliklə biz hazırda orada yaşayanlara siqnal veririk ki, baxın, axı Qafqaz bürosu o vaxt Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması barədə qərarı təsadüfən qəbul etməmişdi. Bir daha vurğulamaq və ermənilərin bir çox başqa yalanları kimi bu yalanını da ifşa etmək istəyirəm ki, həmin qərarda Dağlıq Qarabağın Azərbaycana verilməsindən yox, onun Azərbaycanın tərkibində qalmasından söhbət gedir. Onlar bu prinsipial bənd ilə həmişə manipulyasiya edirlər. O cümlədən ona görə ki, bu, Azərbaycanın tarixi vilayətidir və ikincisi, onlar oraya necə gedib çıxa bilərdilər? Axı ötən əsrin 30-cu illərinə qədər Laçında və Kəlbəcərdə yol olmayıb. Əgər kimsə bunu bilmirsə, qoy bilsin. Orada atla hərəkət edirdilər. Ermənistandan oraya necə getmək olardı – heç cür. Yalnız atla. Kəlbəcərdə, ümumiyyətlə, yol yox idi. Bu, təcrid olunmuş bir bölgə idi. Biz 1930-cu illərdə yol çəkməyə başladıq. Buna görə təbiidir ki, burada yaşayış məntəqələri, sivilizasiya, qədim şəhərlər var. Xankəndiyə gedən yol Ağdamdan keçirdi. Buna görə də hər şey öz təbii vəziyyətinə qayıtmalı, tamamilə siyasətsizləşdirilməlidir. Zənnimcə, orada yaşayan erməni millətindən olan adamlar da öz azərbaycanlı qonşuları və keçmiş dostları ilə ünsiyyət saxlayanda bunu başa düşəcəklər, tezliklə ortaq dil tapacaqlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



