Putinlə Paşinyan nədən danışıblar? Kremldən TƏFƏRRÜAT

Rusiya Dövlət Başçısı Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyanla dünənki söhbət zamanı bu ölkədəki vəziyyətin qanun çərçivəsində həll olunmasının lehinə danışıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Əgər bizim yayımladığımız mətni diqqətlə izləsəniz, ehtimal ki, orada Rusiya prezidentinin problemin qanun çərçivəsində həllinə tərəfdar olduğunu söylədiyi ifadəni oxumaq fürsətiniz olar. Bu çox vacibdir. Olduqca tam bir məlumat vermiş bir formulasiya verdik", deyə Peskov jurnalistlərin, "Prezident Putin Ermənistanın qanuni hakimiyyətlərini dəstəklədiyini dilə gətirdi" başlıqlı Ermənistan hakimiyyətinin saytında yayımlanan məlumatın doğru olub-olmamas ilə bağlı sualı cavablandırarkən bildirib. O, qeyd edib ki, Kremlin mesajında Ermənistan hakimiyyətinə dəstək barədə bir cümlə yoxdur, yalnız Putin Ermənistanda asayişi və əmin-amanlığı qorumağa, həll etməyə çağırıb, eləcə də vəziyyətin qanun çərçivəsində həllinə tərəfdar olduğunu bildirib.

Qeyd edək ki, bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan respublikadakı vəziyyəti telefonla müzakirə ediblər.

Paşinyanın Rus İskəndərləri barədə düşünülməmiş sözlərindən sonra İrəvanda başqa bir siyasi böhran alovlanıb. Ermənistanın Baş Qərargah rəisinin müavini, mətbuatda yer alan xəbərlərə görə, baş naziri lağa qoyduğu üçün, istefaya göndərildiyi, ardından da baş qərargah rəisinin istefası təklif barədə məlumatlar var.
Xatırladaq ki, cümə axşamı səhər Ermənistan Silahlı Qüvvələri Paşinyanın istefasını tələb edən bir bəyanat yayıb. Baş nazir bunu bir çevriliş cəhdi kimi qiymətləndirib və tərəfdarlarını küçələrə çıxmağa çağırıb. Bu vaxt müxalifət barrikadalar təşkil edib və parlamentin yaxınlığında bir düşərgə qurub, səlahiyyətlilərlə danışıqlar, eləcə də baş nazirin istefasını tələb edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...