Ermənistan nə qədər ki, Azərbaycana düşmənçilik edəcək... - ŞƏRH ÖZƏL
“Ermənistanın 30 il ərzində Azərbaycanın 20 faiz ərazilərini təkcə işğal etmədi, bununla yanaşı etnik təmizləmə, ekoloji terror, vandalizm həyata keçirdi. Demək olar ki, işğal olunmuş ərazilərdə bütün infrasturuktur dağıdılıb. Bir növ Azərbaycana hərbi cinayət həyata keçirilib. Məhz ərazilərin minalanması, dağıdılımış məscidlərin içərisi, qəbristanlıqların minalanması birbaşa mülki şəxsləri hədəfə çevirməkdir”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin sözlərinə görə, bu yerlər hərbi təyinatlı deyil: “Ermənistanın bu siyasəti etnik nifrətdən irəli gəlir. Düşünürəm ki, Ermənistanın bu hərbi cinayətini mütləq şəkildə sənədləşdirib, hərbi tribunala vermək lazımdır. Bundan əlavə. bu gün Ermənistan minalanmış ərazilərin xəritəsini vermir. Bu da onların sülhə və təhlükəsizliyə xidmət etmədiyini göstərir. Ona görə də bu istiqamətdə Azərbaycanda ermənilərə təzyiqlər etməlidir”.
M.Əsədullazadə bildirib ki, erməni əsgərlərin meyitlərinin axtarılmasının qarşısını alınması yaxşı oldu: “Özləri xəritə ilə hərəkət edir bu ərazilərdə. Amma, minaya düşmürlər. Bu da onu göstərir ki, onlar qəsdlə Azərbaycana xəritəni vermirlər. Hesab edirəm ki, bu istiqamətdə Ermənistanı Beynəlxalq konvensiyaları pozduğu üçün beynəlxalq məhkəməyə verməlidir. Düşünürəm ki, Azərbaycanın bu istiqamətdə atdığı addımlar öz müsbət nəticəsini verə bilər. Ermənistan artıq məğlub tərəfdir. Bu ölkə uçurumun astanasındadır və nə qədər Azərbaycana qarşı düşmənçilik edəcəklərsə, bir o qədər böhrandan çıxa bilməyəcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB