Korotçenko: “Paşinyanın taleyi yaxın üç gündə həll olunacaq” PROQNOZ

Korotçenko: “Paşinyanın taleyi yaxın üç gündə həll olunacaq” PROQNOZ

“Yaxın üç gün Nikol Paşinyanın gələcək siyasi taleyini müəyyən edəcək: o hakimiyyəti saxlaya biləcək, yoxsa saxlaya bilməyəcək”. SİA xəbər verir ki, bu haqda “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi-siyasi ekspert İqor Korotçenko bildirib. O, ölkədəki vəziyyəti təhlil edərək, bir neçə variant təqdim edib və proqnozlarını irəli sürüb:

1) Şəxsi təhlükəsizliyinin təminatı və partiyası ilə növbədənkənar seçkilərdə iştirak etməsi

2) Ermənistandan qaçış və siyasi mühacirət

3) Dövlətə xəyanət ittihamı ilə saxlanılma, məhkəmə işi və uzunmüddətli həbs

4) Məhkəmədən kənar cəza və yerindəcə “türk agenti, millət düşməni” ittihamı ilə fiziki məhv (artıq radikal antipaşinyançılar tərəfindən belə təhdidlər səslənib).

“Paşinyan belə düşünmək olar ki, mövcud riskləri yaxşı anlayır və yaranmış situasiyada maksimal qaydada hesablanmış şəkildə, biclik və praqmatikliklə fəaliyyət göstərəcək”, qeyd edən Korotçenko əlavə edib ki, indi hər kəs Ermənistanın prezidenti Armen Sarkisyanın silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi ilə bağlı Paşinyanın verdiyi təklif sənədinə imza atıb-atmayacağını gözləyir: “Baş nazir bunu dərhal etməyi tələb olaraq irəli sürüb, prezident isə fasilə götürüb. Məsləhətləşmək? Kiminlə? Dəqiqdir ki, Rusiya ilə deyil: axı Ermənistanın fəaliyyətdə olan prezidenti eyni anda həm də Böyük Britaniyanın da vətəndaşıdır – necə deyərlər, Cənubi Qafqazın “ingilis şahzadəsi”. Rusiyanın özü hələ ki, neytrallığını saxlayır və erməniləri sakitliyə dəvət edir, baxmayaraq Rusiya Federasiyasının müdafiə nazirliyinin “İskəndər” məsələsi ilə bağlı bəyanatı Nikol Vovayeviçə göndərilmiş “qara hədəfdir”.

Ekspert bildirib ki, Onik Qsaparyanla bağlı hər hansı bir aydınlıq yoxdur və onun bundan sonra daha da irəliyə gedib-getməyəcəyi məlum deyil.

“Əgər Paşinyanı devirməyi bacaraqsa, o, erməni Pinoçeti ola biləcəkmi, yaxud hazırkı müxalifət onun çiyinləri üzərində hakimiyyətə gələcək – bütün bunlar bu cümə, şənbə və bazar günü aydın olacaq”, deyə Korotçenko bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə