Xocalı soyqırımına hüşuqi, siyasi qiymət hələ tam şəkildə verilməyib - Ceyhun Bayramov
"Bu gün Ermənistanın Azərbaycana təcavüzü zamanı mülki əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının ildönümünü yad edirik". SİA-nın məlumatına görə, bunu bu gün Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş konfransda Xarici işlər naziri Ceyhun Bayramov deyib.
Xarici işlər naziri bildirib ki, bu etnik cinayətin üzərindən uzun illər keçməsinə baxmayaraq bu yaralar hələ də tam sağalmır: "Burada soyqırım aktının qəddarlıqla törədilməsi, kütləvi insan ölümünə səbəb olması ilə yanaşı bu soyqırımı törədənlərin ədalət məhkəməsi qarşısında cavab verməməsi də əhəmiyyətli rol oynayır. İnsanları yalnız azərbaycanlı olduğu üçün öldürüblər. Dünyanın 17 ölkəsinin ali qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatında bu qətliam kəskin şəkildə pislənib, hərbi cinayət kimi səciyyələndirilib. Eyni zamanda İslam əməkdaşlıq Təşkilatı, Türk Şurası tərəfindən Xocalı soyqırımını kəskin pisləyən qətnamə və qərarlar qəbul edilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB