"Ermənistanın milli təhlükəsizliyi təhdid altındadır" Emənistan MTX

Ermənistanın milli təhlükəsizliyi təhdid altındadır Emənistan MTX
Ermənistan Milli Təhlükəsizlik Xidməti etirazçıları milli təhlükəsizliyi təhdid edən hərəkətlərə görə məsuliyyət barədə xəbərdar edib. SİA xəbər verir ki, Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti bəyənat verib.
"Ermənistanın milli təhlükəsizliyi təhdid altındadır. Vətəndaşları təxribatçı hərəkətlərə uymamağa, asayişi və sayıqlığı qorumağa çağırırıq", deyə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyənatında deyilir.
Xatırladaq ki, ötən ilin sonlarında Azərbaycan qarşısında Ermənistanın məğlubiyyətindən, erməni baş nazirin kapitulyasiya sənədini imzalamasından sonra işğalçı ölkədə etiraz aksiyaları səngimək bilmir. Nümayişçilər hər gün etiraz aksiyaları keçirir və ölkənin baş nazirini xəyanətdə ittiham edərək, onun istefasını tələb edirlər. Bu aksiyaların və istefa tələblərinin fonunda baş nazir Nikol Paşinyanın istefa verməməsi və hətta etirazçılara məhəl qoymamasına görə nümayişçilər bundan sonra itaətsizlik aksiyaları keçirəcəklərini çoxdan bəyan ediblər və artıq buna start da verilib. Belə olan halda ölkədə xaosun yaranması müxtəlif təhlükələrdən xəbər verir. Əbəs yerə deyil ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti həyəcan təbili çalıb və erməni vətəndaşları bu barədə xəbərdar edib. Çünki sözün həqiqi mənasında idarəolunmaz kütlənin hərəkətləri fonunda Ermənistanın milli təhlükəsizliyi təhdid altındadır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə