"Çevrilişə cəhdin arxasında konkret qüvvələr var" Nikol Paşinyan

Ermənistan baş naziri Nikol Paşinyan Respublika meydanında tərəfdarlarının qarşısına çıxıb. SİA xəbər verir ki, bu barədə ArmenianReport-un xüsusi müxbiri Slavik Qabrielyan Respublika Meydanından məlumat verib.

Məlumatda qeyd olunur ki, Nikol Paşinyan Silahlı Qüvvələrin xalqa və baş nazirə tabe olduğunu bildirib. Ermənistanın baş naziri çevrilişə cəhd edildiyini və bunun arxasında konkret qüvvələrin olunduğunu vurğulayıb.

Xatırladaq ki, Ermənistan müxalifəti ardı-arası kəsilmədən etiraz aksiyaları keçirir və məqsəd Nikol Paşinyanın istefasına nail olmaq, müxalifətin vahid namizədi Vazgen Manukyanı baş nazir postuna təyin etməkdir. Heç şübhəsiz ki, yenə də Ermənistanda, iki il yarım bundan əvvəl olduğu kimi dövlət çevrilişi gözlənilir. Hətta erməni baş nazirə qarşı suiqəsdin hazırlandığı barədə söz-söhbətlər də yayılıb. Məsələ burasındadır ki, demokratiya donu geyindirməyə çalışsa da, Nikol Paşinyan özü də dövlət çevrilişi ilə hakimiyyəti ələ keçirib və onun bu ssenarilərdən xəbərdar olduğu, eləcə də bütün bunlar barədə təcrübəyə malik olduğu şübhə doğurmur. Bu baxımdan Paşinyanın, "Çevriliş təhlükəsi idarə ediləndir", söyləməsi başadüşüləndir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə