Korotçenko Nikolu Səddama bənzətdi "İSKƏNDƏR" QALMAQALI

“Milli müdafiə” jurnalının baş redaktoru, politoloq İqor Korotçenko bundan sonra Ermənistana “İskəndər” raket komplekslərinin göndərilməsinin qadağan olunmasını təklif edib. SİA xəbər verir ki, bu barədə Rossiyskiy Dialoq yazır. O, eyni zamanda təklif edib ki, İrəvanda qalan raket kompleksləri isə Rusiyanın Gümrüdəki hərbi bazasına köçürülməlidir. Bildirilir ki, Korotçenko Ermənistanın baş naziri Nikol Paşinyanın “İskəndər” raket komplekslərinin İkinci Qarabağ müharibəsində istifadəsi zamanı effektsizliyi barədə dediyi fikirlərindən sonra belə bir təkliflə çıxış edib.

Eskpertin sözlərinə görə, müvafiq silahla bağlı erməni tərəfi özünü sivilizasiyalıqdan kənar aparıb. Korotçenko Paşinyanı İraq diktatoru Səddam Hüseynə bənzədib.

“Ermənistanın silahlı qüvvələri siyasi və peşəkar planda qeyd edilən raket komplekslərindən istifadə edə bilmək imkanlarında deyil”, Korotçenko bildirib.

Qeyd edək ki, Paşinyan Ermənistanın eks-prezidenti Serj Sarqsyanın onu “İskəndər” raket komplekslərindən maksimum qaydada istifadə etməməsinə görə ittiham edib və erməni baş naziri buna cavab olaraq raketlərin keyfiyyətsiz olduğunu deyib. Hətta Ermənistan parlamentində komplekslərin iş qabiliyyətinin yoxlanılması üçün yoxlamaların başlanılması ilə bağlı çağırışlar edilib.

Rusiyanın dövlət dimasında isə erməni baş nazirinin iddialarının yalan olduğu vurğulanıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə