İrəvanda istefa tələbli səngimək bilmir Rusiya mətbuatı yazır

İrəvanda Paşinyanın istefasını tələb edən etiraz mitinqləri davam edir. SİA xəbər verir ki, bu barədə RİA Novosti Agentliyi Sputnik Ermənistana istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifətçilər artıq İrəvanın bir sıra universitetlərində də etiraz aksiyaları keçirirlər. Bildirilir ki, çərşənbə günü səhər gənc etirazçılar "Nikola olmadan Ermənistan" şüarları səsləndirərək İrəvan Dövlət Universitetinin binasına daxil olublar və nümayişçilər şagirdləri onlara qoşulmağa çağırıblar. Sonra aksiyanın İqtisad Universitetində davam etdirildiyi diqqətə çatdırlır. Nümayiş iştirakçıları əsas qapıdan İqtisad Universitetinə girməyə çalışıblar. Polis onların qarşısını kəssə də, etirazçılar girişlərdən birindən içəri daxil ola biliblər.

Xatırladaq ki, Paşinyan 2020-ci ilin noyabrında Qarabağda atəşkəsə dair bir müqavilə imzaladıqdan sonra İrəvanda istefasını tələb edən etiraz aksiyaları həmin andan başlayıb. Erməni Kilsəsinin iki əsas iyerarxı, Bütün Ermənilərin Katolikosu II Qaregin və Kilikiya Aramın böyük evinin katolikosu, eləcə də müxalif qüvvələr, ölkə hökumətinin keçmiş başçısı Vazgen Manukyanı baş nazir vəzifəsinə namizəd göstərib. Dekabrın sonunda Paşinyan siyasi qüvvələri 2021-ci ildə erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı məsləhətləşmələrə dəvət edib, lakin müxalifət Paşinyandan seçkilərdən əvvəl baş nazir postunu tərk etməsini tələb edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...