Müxalifətçilər Paşinyana mane ola bilmədilər VİDEO

Ermənistan müxalifətinin Nikol Paşinyanın hökumət binasına daxil olmasını əngəlləmək üçün başlatdıqları aksiya uğursuzluqla nəticələnib. SİA xəbər verir ki, bu barədə Baqramyan 26 teleqram kanalı yazır.

Bildirilir ki, dünən müxalifət liderlərinin verdikləri qərara görə, Nikol Paşinyanın hökumət binasına daxil olması əngəllənməli idi. Belə ki, aksiyaçılar binanın əsas girişi qarşısında toplaşaraq planlarını icra etməliymişlər. Lakin erməni baş nazir binanın 3-cü korpusundan daxil olub və müxalifətçilərə yalnız qışqırıb-bağırmaq qalıb.

Onlar Nikol Paşinyanı “xain”, "türk” adlandırmaqla yanaşı, onun getdiyi istiqamətə boş plastik qablar atıblar, həm də ona qarşı müxtəlif təhqirlər ünvanlayıblar.

Maraqlıdır ki, müxalifətin liderləri orada olmayıblar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...