“Bayden administrasiyası bəzi məsələlərdə, xüsusən də, Rusiyadakı daxili vəziyyətlə və ya əsas təhlükəsizlik maraqları ilə əlaqəli mövzularda Moskvanın dünyaya Vaşinqtonla eyni şəkildə baxmasını təmin etmək üçün az şey edə biləcəyini qəbul etməlidir. Bəziləri bu mövqeyi məğlubiyyət kimi qəbul edə bilər. Ancaq bu, bir geopolitik reallıqdır”. SİA xəbər verir ki, bu fikirlər Amerika jurnalında yer alan yazıda dərc edilib.
Avropalı diplomat Jozep Borrelin Moskva səfərinə toxunan jurnal onun ictimai qınağa səbəb olaraq “alçaldılmış şəkildə” Brüsselə dönüşünü Rusiya səlahiyyətlilərinin ölkədəki həssas məsələlərə təsir edən mövzularda güzəştə getmək istəməməsi kimi dəyərləndirir.
Təbii ki, söhbət Aleksey Navalnıdan gedir. Burada münasibətlərin mövcud vəziyyəti başadüşülən olsa da ancaq işlərin fərqli olacağı da istisna edilmir.
Belə görünür ki, 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən sonra Avropa daxili səviyyədə Moskvanın qitədəki siyasətinin necə olmasına qərar verə bilməyəcək. Maraqlıdır ki, Almaniya və Fransa kimi bəzi ölkələr Kremllə qarşılıqlı fəaliyyətin tərəfdarı kimi çıxış etsələr də, digər ölkələr, xüsusən Baltik və Şərqi Avropa ölkələri onlarla razılaşmırlar.
Qeyd edilməlidir ki, Amerika Birləşmiş Ştatları ənənəvi yanaşmaya hələ ki, riayət edir: Rusiya özünü pis aparanda tənqid edir, sanksiyalar tətbiq edir.
Etiraf edilməlidir ki, ABŞ Navalnı ilə bağlı məsələdə də “fəallıq” göstərməyə çalışır. Məsələn, senator Bob Menendez hesab edir ki, kifayət qədər iqtisadi təzyiq Putinin Navalnıni sərbəst buraxmağa məcbur edə bilər. Amma, maraqlıdır ki, bütün bu cəhdlər hələ də elə bir effekt verməyib. Təbii ki, bunu ABŞ və Avropa Birliyinin Rusiyaya Ukrayna ilə bağlı tətbiq etdikləri sanksiyalara da şamil etmək olar. Reallıq budur ki, Ukraynanın şərqində mövcud olan rus qoşunları hələ də separatçıları silahla təmin edir.
...Rusiya hərbi qüvvələri və varlıqları bu gün də Suriyada Əsəd hökumətinin mövqeyini gücləndirir.
...Venesuela neftini Asiya alıcılarına çatdıraraq, ölkə prezidenti Nikolas Maduroya kömək etməyə davam edir.
Maraqlıdır ki, son onilliklərdə Rusiya ABŞ-ın sanksiya sayına görə tətbiq etdiyi ikinci böyük dövlət olmasına baxmayaraq Kreml xarici siyasətində hələ də heç bir ciddi dəyişiklik etməyib.
Rusiyanın Amerika siyasətçiləri üçün həll olunmayan bir problem olduğunu yazan nəşr Moskvanın bir çox hərəkətlərinin Vaşinqtonda qorxu və ya açıq qəzəbə səbəb olduğunu bildirsə də, ABŞ-ın Rusiyadan qorxmaması kimi dəyərləndirir. Maraqlı görünən budur ki, amerikalılar Rusiyadakı başıpozuq hökuməti, iqtisadiyyatdakı tənəzzülü əsas gətirib bu ölkənin sonunun yaxınlaşdığını ehtimal edirlər. Halbuki, amerikalılar Rusiyanın beynəlxalq sistemdə müəyyən bir çəkisi, dünyanın ən böyük nüvə gücü olan ölkə kimi də qəbul etmək məcburiyyətindədirlər.
Bu mənada Bayden administrasiyası dünyanın ən böyük iki nüvə gücü arasındakı son ikitərəfli "START III" müqaviləsinin müddətinin uzadılması üçün ruslarla işləməyi, iki ölkənin strateji sabitlik kimi məsələləri həll etmək üçün birlikdə çalışmalarına ehtiyac olduğunu anlayırlar. Bu gün Amerikanın özündə də növbəti dörd il ərzində Rusiyanın bəzi hərəkətlərinin Vaşinqtonun hisslərinə xələl gətirəcəyi təqdirdə belə, ABŞ-ın bu hərəkətləri qınamaqla dəyərlərinə uyğun yaşamağa məcbur olacağı etiraf edilməkdədir.
Bundan əlavə, Bayden administrasiyası müəyyən məsələlərdə, xüsusən də Rusiyadakı daxili vəziyyətlə və ya əsas təhlükəsizlik maraqları ilə əlaqəli mövzularda Moskvanın dünyaya Vaşinqtonla eyni şəkildə baxmasını təmin etmək üçün az şey edə biləcəyini qəbul etməlidir. Bəziləri bu mövqeyi məğlubiyyət kimi qəbul edə bilər. Təəssüf ki, bu bir geopolitik reallıqdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB